04 Dekabr 2025 08:55
339
CƏMİYYƏT
A- A+
Xoşbəxt gələcək naminə 

Xoşbəxt gələcək naminə 


Azərbaycan xalqı tarixinin bir çox dönəmində qarşılaşdığı çətin və olduqca mürəkkəb sınaqlardan daim üzüağ çıxmışdır. Son 200 il  ərzində qədim türk yurdu olan geniş coğrafiyamızda - Azərbaycanda baş verən böyük tarixi hadisələr, amansız qarşıdurmalar, demoqrafik dəyişikliklər, yadellilər tərəfindən törədilən soyqırımı aktları və işğalla nəticələnən müharibələr bizim müəyyən vaxtlarda fiziki gücümüzü sınaqlara çəksə də, heç zaman əzmkar xalqımızın milli şüurunu və milli iradəsəni zədələyə bilməmişdir.

Həqiqət qaçılmazdır - əgər bir an belə milli kimliyimizi və milli özünüdərki unutsaq, o zaman məhv olmağa məhkum olacağıq. Azərbaycan torpaqlarını "parçala və hökm sür" siyasəti ilə işğala məruz qoyanlar vaxtilə Araz çayını da iki hissəyə ayırmaqla, ulu əcdadlarımızın davamçıları olan soydaşlarımızı yarımcan buraxdılar. Ancaq mənfur düşmən heç vaxt bizim milli iradə və əzmimizi  qıra, qəlbimizdəki Vətən və torpaq sevgisini silə bilmədi. Bütün bunların əsasında milli ideologiyaya əsaslanan milli birlik faktoru dayanır. Ata-babalarımızdan bizə miras qalan milli-mənəvi dəyərləri qorumaq və onu nəsildən-nəslə layiqincə ötürmək vətəndaşlıq borcumuzdur. 

Sağlam gənclik olmadan xoşbəxt və firavan gələcəyə çatmaq düşüncəsi sadəcə absurd olardı. Ümummilli Lider Heydər Əliyev söyləyirdi:  "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır". Bəli,  cəmiyyətimizin aparıcı hissəsi olan gənclər ana dilimizi,  tariximizi, ədəbiyyatımızı və milli-mənəvi dəyərlərimizi dərindən öyrənərsə, bax, o zaman Azərbaycan gəncləri əsl vətəndaş kimi formalaşacaq, milli adət-ənənələrimizə və dəyərlərimizə bağlı yetişəcək və peşəsindən asılı olmayaraq, hər sahədə öz fəaliyyətini dövlətimizin və xalqımızın maraqlarına həsr edəcək. 

Bunun üçün öncə valideynlərimizin və müəllimlərin üzərinə çox ciddi məsuliyyət düşür. Əgər ailəmiz bizi tərbiyəli övlad kimi böyüdürsə, deməli, məktəb və müəllimlər də bizi yaşadığımız cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşdırır. Hər iki tərəf - ailə (ata və ana)  və müəllim öz üzərinə düşən missiyanı qarşılıqlı hörmət və anlayışlı davranış prinsipləri əsasında həyata keçirsə, mütləq həmin uşaq gələcəkdə sağlam düşüncəli şəxsiyyət kimi cəmiyyətdə öz yerini tutacaq. 

Ulu Öndər Heydər Əliyevin müdrik ideyaları əsasında Azərbaycanın maraqlarını layiqincə təmin edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanan Azərbaycan Ordusunun sıralarında döyüşən qəhrəman oğullarımızın mütləq əksəriyyəti gənclər idi. Onlar İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə vətənpərvərlik ruhunda yetişən və cəsarətlə düşməni məğlub edən milli ruhlu gənclər kimi bütün Azərbaycan gəncliyi üçün örnək və nümunədirlər. 

Cəsarət, iradə, əzm, fədakarlıq, qəhrəmanlıq və milli ruh Azərbaycan xalqına, gənclərimizə xas əlamətlərdir. O gənclik ki bir tərəfdə Müzəffər Ali Baş Komandanın yürütdüyü siyasətə sadiq şəkildə qədim Şuşanın əzəmətli dağlarına dırmaşıb düşməni əlbəyaxa döyüşlərdə məhv edir, digər tərəfdə informasiya cəbhəsində haqlı mübarizəmizi bütün dünyaya çatdırır, milli mövqeyimizi ictimai və sosial məkanlarda layiqincə təbliğ edirdi. O gənclik ki cəbhəyə yola düşən hərbçi dostlarını, yoldaşlarını böyük ruh yüksəkliyi ilə qələbəyə kökləyir, gücünə güc qatır, eyni zamanda beynəlxalq idman yarışlarında Dövlət bayrağımızı zirvələrdə qürurla dalğalandırır, sağlam gənclik naminə fitri-istedadına güvənib yazdığı əsərlərdə, məzmunlu nitqlərində və xeyirxah əməllərində  Azərbaycan gənclərini və yeniyetmələrini maarifləndirir, onların düzgün tərbiyə olunması, elmli, bilikli yetişməsi üçün milli səpkidə çağırışlar edirdi. 

Həmin vətənpərvər gənclərin milli missiyası bu gün də davam etməkdədir.  Azərbaycanın tarixi şəxsiyyətlərinin, görkəmli ədiblərinin - Babəkin, Cavanşirin, Şəmsəddin Eldənizin, Şah İsmayılın, Heydər Əliyevin, Nizaminin, Nəsiminin, Mirzə Cəlilin, M.F.Axundzadənin, Hüseyn Cavidin, Üzeyir bəy Hacıbəylinin görmək istədiyi gənclik də məhz bu idi. Xalqımızın bu cür gənclərə və gəncliyə hər zaman ehtiyacı var. Sağlam gənclik güclü birlik yaradır ki, elə bu birlikdən də xoşbəxt gələcək doğur. Sağlam əqidəli, düşüncəli, vətənə və dövlətə bağlı yetişmək bir vətəndaşın əsl şəxsiyyətə çevrilməsi üçün mühüm zəmin yaradır. Hər bir fərd öz  missiyası ilə  özünü dövlət və cəmiyyət üçün faydalı şəxsə çevirdiyi kimi, eyni zamanda faydasız əməlləri ilə özünü adi bir daş parçasından fərqlənməyən lazımsız əşyaya da çevirə bilər. Ona görə də dəyərsiz olmamaq üçün dəyərli yaşamağı, özümüzə və ətrafımızdakılara dəyər verməyi bacarmalıyıq.  

Bu gün müasir dünyamızda - elm və texnologiyanın inkişaf etdiyi dövrdə cəmiyyətimizi, xüsusilə  gənclərimizi ideoloji və bioloji çərçivədə məhvə aparan səmərəsiz fəaliyyət növləri - sosial şəbəkələrdən səmərəsiz istifadə, mənəvi qidamız olan kitabların həyatımızdan tamamilə çıxardılıb onların smartfon və kompüterlərlə əvəz olunması, qəzet və jurnal oxumaq kimi faydalı vərdişlərimizi faydasız tətbiqlərin üstələməsi, cəmiyyəti ölümə sürükləyən mənasız vərdişlər - narkomaniya, kriminal meyillilik və s. bizim nəinki milli dəyərlərimizi məhv edir, həmçinin gələcəkdə xalqımızın aparıcı təbəqəsi olan gənclərimizin sağlam həyat tərzinin  mövcudluğunu ciddi təhlükə qarşısında qoyur. Hər bir gənc özünə, ailəsinə, qonşusuna, ümumilikdə çevrəsində olan bütün insanlara qarşı hörmətlə yanaşmalı, qayğıkeş və vətənpərvər olmalı, böyüklərə və uşaqlara olan münasibətdə nəzakətlə davranmalı, bir sözlə, həm özü, həm cəmiyyəti, həm də dövləti üçün faydalı insantək yaşadığı həyatda örnək sayılan izlər buraxmalıdır. 

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ ötən əsrin 70-ci illərindən başlayaraq minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilməsi, müstəqilliyin bərpasından sonrakı dönəmdə - 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması dahi şəxsiyyətin Azərbaycan gəncliyinin sağlamlığı və inkişafı naminə verdiyi ən böyük töhfədir. Bu gün Ulu Öndərin siyasətini dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi, istedadlı şəxslərə xüsusi qayğı göstərilməsi, gənclərin sağlamlığı və fiziki inkişafı, gənc ailələrə yardım, gənclərin məşğulluğunun təmin edilməsi və bu sahə ilə əlaqədar fəaliyyət göstərən təşkilatlara dövlət dəstəyinin verilməsi məhz "Gənclər siyasəti haqqında" qanunun icrasının təmin edildiyini göstərir. Hazırda Bakıda və bölgələrdə fəaliyyət göstərən idman olimpiya kompleksləri, gənclər evləri və mərkəzləri, eləcə də digər adiyyəti qurumların hər biri Azərbaycan gəncliyinin sağlam və səmərəli inkişafı naminədir. 

Əziz və dəyərli gənclər, gəlin xalqımızın və dövlətimizin sabahını düşünərək bir amal ətrafında birləşək, xoşbəxt gələcək naminə sağlam həyat tərzini seçək. Hər birimiz şüurlu, əxlaqlı, faydalı həyatımızla nümunə olaq. Dövlətimiz öz üzərinə düşən vəzifəni həyata keçirir. Gərək biz də dövlətimizin siyasətinə və Vətənə sadiq şəkildə Azərbaycan gənclərinin doğru yoluna işıq tutmağı bacaraq. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası dünən olduğu kimi, bu gün də gənclərin ictimai siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, həmçinin ayrı-ayrı sahələr üzrə böyük layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir və Azərbaycan gənclərini dünyanın ən böyük azərbaycanlısı olan Heydər Əliyevin milli irsinə sadiq şəkildə milli ideoloji ruhda silahlandırır. Ona görə də tam əminliklə və qürurla söyləmək olar ki, məhz belə bir gənclik Azərbaycanın xoşbəxt gələcəyidir! Bizə əmanət edilən bu böyük və dəyərli mirasa birlikdə sahib çıxmalı, dövlətimizin və xalqımızın birliyini, sarsılmazlığını qorumaq üçün üzərimizə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirməliyik. 


Tural İSMAYILOV, 

YAP Yevlax rayon təşkilatının sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb  

17:06
07 Yanvar

“SOCAR PETROLEUM” Qazaxın Xanlıqlar kəndində yanacaq daşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb

17:05
07 Yanvar

Mütəxəssis: Tez-tez xəstələnmə, infeksiyaların ağır keçməsi immun sisteminin kifayət qədər güclü olmadığını göstərə bilər  

17:03
07 Yanvar

Rumıniyalı ekspert: Azərbaycan Cənubi Qafqazda formalaşdırıcı gücdür  

17:02
07 Yanvar

“ACWA Power” şirkəti ilə elektrik enerjisinin ötürülməsi istiqamətində əməkdaşlıq perspektivləri dəyərləndirilib  

16:29
07 Yanvar

İtaliya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən bəhs edən məqalə yayımlayıb

16:18
07 Yanvar

Azərbaycan-Çin əlaqələri 2025-ci ildə tarixi yüksək səviyyəyə qalxıb  

16:12
07 Yanvar

Ötən il Zaqataladan bir sıra Avropa və ərəb ölkələrinə gül yağı ixrac edilib

15:57
07 Yanvar

Ağ Ev: Tramp Qrenlandiyanı almaq üçün müxtəlif variantları nəzərdən keçirir  

15:18
07 Yanvar

Rumıniya nəşri: 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır  

15:16
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!