07 İyul 2025 22:36
660
SİYASƏT
A- A+
“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı olub YENİLƏNİB 

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı olub YENİLƏNİB 

İyulun 7-də “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi öz işinə başlayıb.

Müşavirə, eləcə də 9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi heyəti, habelə xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Fəxri xiyaban, Şəhidlər xiyabanı və Zəfər parkını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, daha sonra ADA Universitetində diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılış mərasimi baş tutub.

Açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

Çıxışlar zamanı Azərbaycan xarici siyasətinin bir sıra istiqamətləri, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, enerji, mədəniyyət, kommunikasiya sahələri üzrə görülmüş işlər və gələcək planlardan bəhs olunub, ölkəmizin yerləşdiyi bölgədə mövcud vəziyyət, habelə beynəlxalq təhlükəsizlik vəziyyəti təhlil olunub.

Geosiyasi gərginliklərlə və yaranan çağırışlarla müşahidə olunan qlobal mənzərədə diplomatiyamızın hər zamankından daha fəal, adaptiv və qətiyyətli olmasının əhəmiyyəti vurğulanıb.

İkitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs olunan açılış mərasimində xarici siyasətimizin yeni istiqamətləri, ölkəmizin vasitəçilik, iqlim diplomatiyası səyləri və bu istiqamətdə gələcək planlar müzakirə olunub.

Ölkəmizin beynəlxalq vasitəçilik səylərində aktiv iştirakının Azərbaycanın ikitərəfli və çoxtərəfli müstəvidə artan rolunun göstəricisi olduğu vurğulanıb.

Azərbaycanın çoxtərəfli platformalar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, yeni üzv olduğumuz İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatını (D-8) və digər təşkilatlar çərçivəsində aktiv fəaliyyət göstərdiyi, bir sıra vacib təşəbbüslərlə çıxış etdiyi qeyd olunub.


Otuz ildən artıq müddətdə diplomatiyamızın əsas məram və məqsədi olmuş ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsinin ölkəmizin hazırkı beynəlxalq münasibətlər sistemində rolu və xarici siyasətimizin qətiyyətini daha da artırdığı qeyd edilib.


Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs olunub, sülh prosesini hədələyən mövcud çağırışlar, o cümlədən ölkəmizə qarşı Ermənistan konstitusiyasında əks olunmuş ərazi iddialarının aradan qaldırılmasının vacibliyi qeyd edilib.


İyulun 7-9-da davam edəcək müşavirə çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatiya, iqtisadi, iqlim, enerji diplomatiyası, bağlantılar, məhkəmə prosesləri, humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım, xarici siyasətin kommunikasiyası, parlament diplomatiyası, beynəlxalq müqavilələr, diaspor fəaliyyəti, habelə diplomatik xidmət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına həsr olunan panel sessiyalarının təşkili nəzərdə tutulur.


9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə müşavirə öz işini Xankəndi şəhərində keçiriləcək xüsusi sessiya ilə davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

23:54
16 Avqust

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

23:23
16 Avqust

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

21:39
16 Avqust

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

20:59
16 Avqust

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

20:13
16 Avqust

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

19:43
16 Avqust

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

18:09
16 Avqust

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

15:29
16 Avqust

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

15:17
16 Avqust

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

14:31
16 Avqust

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

14:27
16 Avqust

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

13:29
16 Avqust

Həftənin ilk iş günündə hava necə olacaq?

13:07
16 Avqust

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

12:23
16 Avqust

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

11:17
16 Avqust

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

10:59
16 Avqust

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

09:07
16 Avqust

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!