30 May 2023 18:15
496
CƏMİYYƏT
A- A+
“Xanoba” dövlət sərhəd-buraxılış məntəqəsinə mediatur təşkil olunub

“Xanoba” dövlət sərhəd-buraxılış məntəqəsinə mediatur təşkil olunub

 

Mayın 30-da Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələrinin Azərbaycanın Rusiya ilə sərhəddə inşa olunan “Xanoba” dövlət sərhəd-buraxılış məntəqəsinə səfəri təşkil edilib. Məqsəd sərhədkeçmə proseslərində tətbiq edilən yeniliklər, həmçinin “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin xüsusiyyətləri barədə jurnalistləri məlumatlandırmaqdır.

AZƏRTAC xəbər verir ki, əvvəl “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin inzibati binasında Komitənin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə tərəfindən mövzu ilə bağlı xüsusi təqdimat nümayiş etdirilib. Təqdimatda Dövlət Gömrük Komitəsinin Fəaliyyət proqramına uyğun olaraq son dövrlərdə sərhədkeçmə proseslərinin sürətləndirilməsi ilə bağlı görülən işlər, tətbiq edilən yeniliklər barədə məlumat verilib.

Bildirilib ki, əsas məqsəd sərhədkeçmə, gömrük nəzarəti proseslərinin qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun şəkildə həyata keçirilməsi, əməliyyatların asan və sürətli şəkildə reallaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsidir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən tikinti işlərinin həyata keçirildiyi buraxılış məntəqəsində ən müasir infrastruktur qurulub. Şimal-cənub nəqliyyat dəhlizinin mühüm komponentlərindən olan bu gömrük postu beynəlxalq ticarətin daha sürətli və asan şəkildə həyata keçirilməsi, ölkəmizin tranzit və ixrac imkanlarının genişləndirilməsi, nəqliyyat axının daha səmərəli şəkildə idarə olunması və mövsümi sıxlıqların aradan qaldırılmasında mühüm rol oynayacaq.

Layihənin ümumi sahəsi 6.85 hektar, yaşıllıq əraziləri 3331.7 kvadratmetr, tikililərin sahəsi 20104.23 kvadratmetr, buraxılış məntəqəsinin sahəsi isə 22 min kvadratmetrdir. Qeyd edək ki, “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və mindən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobus və 5 min nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub.

Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub. Bu da yük, avtobus və minik nəqliyyat vasitələri üzrə sərhəd və gömrük nəzarətinin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır. Nəqliyyat vasitələrinin sərhəd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılmaqla digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək.

Daha sonra media nümayəndələri “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində yaradılan şəraitlə yaxından tanış olub, tətbiq edilən yenilikləri əyani şəkildə izləmək imkanı əldə ediblər. Jurnalistlərə sərnişin və yük nəzarət xətlərində texnoloji sxemlər üzrə həyata keçirilən dəyişikliklər barədə məlumat verilib, həmçinin stasionar rentgen qurğusunda, Ticarətin Asanlaşdırılması Mərkəzində həyata keçirilən proseslər izlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!