07 Avqust 2025 10:45
526
CƏMİYYƏT
A- A+
Xankəndi şəhərinə infotur təşkil edilib  

Xankəndi şəhərinə infotur təşkil edilib  


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərinə növbəti infotur təşkil edib.

Komitədən AZƏRTAC-a bildirilib ki, infoturda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirən fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib. Onlar şəhərlə tanış olub, burada aparılan bərpa-quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına əsasən, şəhərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur, burda işləyən, təhsil alan və yaşayan insanlar üçün zəruri şərait yaradılır.

Qarabağ tekstil fabrikinə baş çəkən infotur iştirakçılarına müəssisənin fəaliyyəti, iş şəraiti və əmək resurslarının idarə edilməsi prinsipləri barədə ətraflı məlumat verilib. Fabrikdə çalışanlar məşğulluq tədbirlərinin onların sosial rifahına müsbət təsir etdiyini bildiriblər.

Daha sonra infotur iştirakçıları Qarabağ Universitetində olublar. Onlara universitetdə yaradılan infrastruktur, tədris şəraiti və gələcək planlar haqqında məlumat verilib. Ali təhsil müəssisəsində formalaşdırılan müasir təhsil mühitinin bölgənin insan kapitalının inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

Keçmiş məcburi köçkünlər infoturun çox faydalı və maarifləndirici olduğunu qeyd ediblər. Bildirilib ki, belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşma və iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanış olmaq, gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsb edir.

İşğaldan azad edilmiş digər ərazilərə də Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində infoturların keçirilməsi davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflər irəli sürüblər  

13:33
18 Mart

Sabah bəzi yerlərdə az çiskin və yağıntı olacaq, arabir duman müşahidə ediləcək

13:31
18 Mart

Azərbaycanın 23 vətəndaşı Almaniyadan geri qəbul olunub

13:31
18 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir

13:01
18 Mart

Ali Məhkəmə: Əlillərə pensiya ömürlük təyin edilməlidir

12:53
18 Mart

Çanaqqala döyüşlərindən 111 il ötür

12:43
18 Mart

Media: Yaxın Şərqdə gərginlik başlayandan bəri Hörmüz boğazından təxminən 90 gəmi keçib

12:31
18 Mart

Türkiyənin baş konsulu: Çanaqqala zəfəri təkcə türk tarixinə deyil, dünya tarixinə böyük təsir göstərib 

12:21
18 Mart

Nazir: Sağlam mühit uğurun əsas şərtlərindən biridir

12:17
18 Mart

Kolumbiyanın sərhəd bölgələrində bombardmanlar nəticəsində azı 27 nəfər ölüb

12:10
18 Mart

Naxçıvanda telefon rabitəsinin 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib -

11:58
18 Mart

“Brent” neftinin qiyməti ilin əvvəlindən bəri 70 faizədək bahalaşıb

11:44
18 Mart

Ukraynalı ekspert: Azərbaycan etibarlılığını daim sübut edib

11:44
18 Mart

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

11:42
18 Mart

Amerikalı politoloq İranın gələcəyinə dair dörd ssenari irəli sürüb  

11:39
18 Mart

Xocalı prospektində yaşayış binasında baş verən yanğınla bağlı araşdırma başlanıb – YENİLƏNİB  

11:37
18 Mart

Türkiyə Prezidenti: Jurnalistika cəmiyyət üçün həqiqət kompasıdır  

11:35
18 Mart

Bakı aeroportu bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

11:15
18 Mart

Ötən gün narkotiklərlə əlaqədar 26 fakt müəyyən edilib

11:13
18 Mart

CNN: ABŞ Yaxın Şərqə 2200-dək əlavə dəniz piyadası göndərir

11:11
18 Mart

Qazaxıstanda yeni Konstitusiyanın mətni dərc edilib

10:50
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!