22 Dekabr 2011 01:12
422
Təhsil
A- A+

Xaçmazın ən ucqar kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş orta məktəb binasının açılışı olmuşdur

 

Dekabrın 21-də Xaçmaz rayonunun ən ucqar yaşayış məntəqələrindən birində - Şimali kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş orta məktəb binasının açılışı olmuşdur. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində tikilmiş bu məktəbdə tədris rus dilində olacaqdır. Məktəbdə eyni zamanda 120 şagird təhsil alacaqdır.

Heydər Əliyev Fondunun, rayon və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində əvvəlcə Azərbaycanın dövlət himni səsləndi.

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev mərasimdə iştirak edən müəllim və şagirdlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın salamlarını çatdırdı. Bildirdi ki, fondun təşəbbüsü ilə Azərbaycanda və onun hüdudlarından kənarda indiyədək 300-dən artıq məktəb binası inşa edilib istifadəyə verilmişdir.

Məktəbin direktoru O.Manafova məlumat verdi ki, şagirdlər indiyədək 1906-cı ildə balıqçılar üçün taxtadan qurulmuş otaqlarda dərs keçirdilər. Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2011-ci ilin iyununda 5600 kvadratmetrlik ərazidə yeni məktəb binasının tikintisinə başlanmışdı. Bu gün isə biz müasir, geniş, işıqlı məktəb binasının açılışına toplaşmışıq. Məktəbimizdə kompyuter və həkim otaqları, kitabxana, akt zalı, bufet vardır. Yeni məktəb binasının özəlliklərindən biri də budur ki, sinif otaqları dizel yanacağı ilə işləyən qazanxana vasitəsilə qızdırılacaqdır.

Məktəbin həyətində yaradılmış idman meydançası da göz oxşayır. Burada məktəblilərin fiziki tərbiyəsi üçün hər cür şərait vardır. Direktor qeyd etdi ki, məktəbin bütün tədris avadanlığı da Heydər Əliyev Fondunun hədiyyəsidir.

Yeni məktəb binasının açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Ş.Xanbabayev, Milli Məclisin deputatı İ.Əliyev, ziyalılar bu xeyirxah işə görə Azərbaycanın birinci xanımına təşəkkürlərini bildirmiş, müasir məktəbin Şimali kəndinin əhalisinə Yeni il ərəfəsində böyük töhfə olduğunu vurğulamışlar.

Sonra məktəblilər şeirlər söyləmişlər.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları yeni məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar.

 

AzərTAc ��,��Ϗ��ün sürətlə inkişaf etməkdə və sabitliyi əzmlə qorunmaqda olan qonşu Azərbaycan ilə əməkdaşlıq həm rahatdır, həm də səmərəlidir. Dövlətlərimiz və xalqlarımız arasında həlli mümkün olmayan heç bir məsələ yoxdur. Azərbaycan-İran münasibətləri bütün sahələrdə bərabərhüquqlu inkişaf edir. Xalqlarımızı qədim tellər bir-birinə möhkəm bağlayır. Tarixi, dini və mədəni ortaqlıqlarımız səmimi münasibətlərimizin əsasını təşkil edir.

 

- Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı.

- İran Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Biz Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləmişik. Eləcə də BMT Təhlükəsizlik Şurasına üzv seçilmək üçün namizədliyi irəli sürüləndən bəri birmənalı olaraq İran Azərbaycanı müdafiə etmişdir. Başqa cür ola da bilməzdi. Səsvermə zamanı bir çox ölkələrin Azərbaycanı tərəddüdsüz dəstəkləməsi bir daha təsdiq etmişdir ki, ölkəniz dünyada güclü mövqelərə malikdir. Sevinirik ki, bizə dost və ən yaxın qonşu olan ölkə - Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil olunmaq üçün tarixi şans qazanmışdır.

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

 

Tehran 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video