18 Fevral 2026 08:10
418
SİYASƏT
A- A+
VƏTƏNƏ DÜŞMƏNÇİLİK EDƏNLƏR

VƏTƏNƏ DÜŞMƏNÇİLİK EDƏNLƏR


Dünyaya gələn hər bir insana Tanrı Vətən adlı müqəddəs bir məkan bəxş edir.

* Bu Vətəndə onun yaşamaq üçün hər şeyi - torpağı, suyu, havası və odu olur.

* Bu Vətəndə onu dünyaya gətirən valideynləri, doğmaları, qohum-əqrəbası yaşayır.

* Bu Vətəndə onun əcdadlarının uyuduqları məzarlıqlar olur.

* Bu Vətəndə onun milləti, dövləti, müqəddəs məbədləri, inanc yerləri olur.

Bəzən insanlar hər hansı səbəbdənsə başqa ölkədə yaşamalı olurlar...

Normal və təbii haldır.

Amma əsl vətən övladları heç zaman doğma vətənlərini unutmurlar, daim ondan xəbər tutur, uğurlarına sevinir, kədərli günlərini bölüşür, gücü çatanda əlindən gələn köməyini əsirgəmirlər.

Vətən dilini unudub, dinini dəyişənlər də olur...

Bu da bir paralarının seçimidir...

Ən böyük rəzillik isə Vətənə xəyanətdir!

Bu, həm də bütün dövlətlərdə ən ağır cinayət sayılır!

Çünki Vətənə xəyanət təkcə Vətən adlı məkanda yerləşən dövlətə xəyanət deyil!

Vətənə xəyanət torpağına, suyuna, dostlarına, ata-anana, bütün cəddi-əqrəbana xəyanətdir!

Bundan da aşağısı və müdhişi isə Vətənə düşmən kəsilməkdir!

Bunun yalnız bir adı var: MURDARLIQ!

***

"Vətən murdarları" üçün həyatda müqəddəs heç nə olmur...

Nə namus, nə qeyrət, nə şərəf, nə də ləyaqət hissi!

Nə ailə dəyərlərinin nə olduğunu bilirlər, bacı namusu, arvad qeyrəti çəkirlər, nə də kişilik barədə təsəvvürə malik olurlar.

Bütövlükdə belələrində insanlıqdan bir qram da əsər-əlamət qalmır!

Qəribədir ki, "vətən murdarları"nın əksəri "kişi" cinsindən olur.

Amma bütün varlıqlarında - nə mənən, nə də cismən kişiliyi xatırladan bir nişanə belə olmur!

Əslində, heç birinin cinsi də bilinmir!

Hansısa "oriyentasiya"ya malik olurlar!

Ona görə hamıya, xüsusən, uğur qazanmış insanlara, tanınmışlara, məşhurlara nifrət bəsləyirlər.

Həyatdakı uğursuzluqlarının, başlarına gələn müsibət və bəlaların qisasını uğur qazananlardan almağa can atırlar.

Belələri müəyyən muzd məbləğində kimlərinsə əlində alətə çevrilirlər.

Tərəddüd etmədən, çətinlik çəkmədən doğmalarını və dostlarını da rahatlıqla satırlar.

Bir vaxtlar vətəndaşı olduqları dövlətə qarşı açıq düşmənçiliyə keçirlər!

* Belələri kəsə bilmirlər, təkcə hürə bilirlər!

* Belələri zərər verə bilmirlər, ürək bulandırırlar!

* Belələri rəzilliklərinin, düşdükləri çıxılmaz vəziyyətin qisasını hamıdan, xüsusən keçmiş vətənlərinin vətəndaşlarından almağa çalışırlar!

Sonda öz yaratdıqları çirkab quyusunda murdar olaraq üfunətə çevrilirlər...

Amma bu üfunət keçmiş vətənlərinə gəlib çatmır!

Onlara pul və dil verənlərin, müdafiə və mühafizə edənlərin ömürlük qismətinə çevrilir!

***

"Vətən murdarları" həmişə mövcud olublar.

Müxtəlif adla adlandırılsalar da, mahiyyətcə bir-birilərindən fərqlənməyiblər:

* Azərbaycanda sovet hakimiyyəti qurulanda xalqımızın seçilmişlərini, ziyalılarını çuğullayaraq həbsxanaya, sürgünə göndərdiblər...

* Repressiya dövründə "xalq düşməni" adını qoyduqlarının hətta həyat yoldaşlarına və körpə övladlarına belə, rəhm etməyiblər...

* Birinci Qarabağ müharibəsi dövründə ermənilərə, digər qonşu dövlətlərə casusluq edərək yüzlərlə qeyrətli Azərbaycan oğlunun qanına bais olublar...

* "5-ci kolon"un quluna çevrilərək "qrant" qazanmaqdan ötrü sabitliyimizin, təhlükəsizliyimizin pozulmasına dəstək veriblər...

* Adlarını "jurnalist" qoyaraq söz azadlığının arxasında gizlənməklə şərəfsiz əməllərindən qalmayıblar!

İndi isə hərəsi bir "sayt", "internet televiziyası" yaradaraq (ağalarının maliyyəsi və çətiri altında) keçmiş vətənlərinin qatı düşməninə çevriliblər!

Azərbaycanın 44 günlük Zəfər müharibəsi bir daş olaraq təpələrinə düşüb!

Qələbəmiz ermənilərdən çox onları yandırır!

Bacardıqları qədər yalan, böhtan, şər-şəbədə püskürürlər.

Bir dəfə də olsun dillərindən Azərbaycanla bağlı bir kəlmə xoş söz çıxmayıb.

Bu murdarlıqlar onların özlərinə seçdikləri "həyat tərzidir"!

* Guya "haqq-ədalət carçısıdırlar"...

* Guya bu yolla özlərinə "çörək qazanırlar"!

Neçə on illər bundan qabaq Əliağa Vahidin söylədiyi bir beyt elə bil boyunlarına biçilib:

Üzü dönsün görüm o ağuya dönmüş çörəyin,

Yaxşı möhtac eyləyir q...yə, o...şa sizi!

Amma bu yolla qazandıqları və yedikləri çörək deyil!

İRİNDİ...

QANDI...

ZƏHƏRDİ...

ZƏHRİMARDI!

***

Bu yazının yazılmasına səbəb bu günlər ölkə xaricində baş verən çox maraqlı bir hadisə oldu!

Yuxarıda söylənənlər kateqoriyasına məxsus olan ünsürlərdən biri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya arxadan çataraq guya "ölkədə demokratiyanın durumu ilə bağlı" sual vermək istədiyini bildirdi.

Mehriban xanım özünü "jurnalist" kimi təqdim edən ünsürü dərhal tanıdı!

Çox sakit bir tərzlə "vətən murdarların"ndan ("otxod" da demək olar) sayılan birisinə iki qısa cümlədən ibarət möhtəşəm bir cavab verdi:

"Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz?

Sizə cansağlığı arzulayıram".

Bu iki cümlə "vətən murdarı"nın nitqini batırdı!

Bu cavabda həm də Mehriban xanımın iti zəkasının, yüksək insani və siyasi mədəniyyətinin, akademik soyuqqanlılığının şahidinə çevrildik!

* Acı ifadə işlətmədi!

* Kobud söz söyləmədi!

* Çox sakit bir tərzdə dedi. 

Hətta "vətən murdarı"na "cansağlığı" belə arzuladı!

Özünü "jurnalist" adlandırana "jurnalist" də demədi!

"Qadın paltarında" ifadəsini işlətdi, "arvad paltarında" yox!

"Cansağlığı" uzun ömür sürməyin şərtlərindən biridir!

Amma bu məqamda "murdarlıqlar və şərəfsizliklər içərisində keçən uzun ömür" anlamına gəlir!

Belə bir uzun ömür arzuladı!

Bu, əsl Azərbaycan xanımının prinsipial və vətənpərvər mövqeyidir!

Həm də yüksək mədəni formada və üslubda nümayiş olunan mövqe!

Deyəsən, Avropa "dəyərlərinə" yiyələnmiş, bir tikə "ağuya dönmüş çörək" qazanmaqdan ötrü "vətən murdarı"na çevrilmiş saxta jurnalist ona nə deyildiyini başa düşdü!

Amma artıq gecdir!

***

Azərbaycan tarixində hər kəsin öz yeri olur...

Vətən azadlığı uğrunda canından və qanından keçən müqəddəs şəhidlərin də, adını şərəfsizlər guşəsinə yazdıranların da!

Hərə öz seçimini edir!

Xalq isə hər kəsə dəyərini verir!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib  

20:45
16 Mart

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər  

19:53
16 Mart

UNESCO İran, Livan və İsraildə mədəni irsə dəyən ziyanı qiymətləndirir

19:43
16 Mart

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

19:39
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

19:36
16 Mart

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub  

19:21
16 Mart

BƏƏ-də neft hasilatı iki dəfədən çox azalıb

18:34
16 Mart

Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

18:33
16 Mart

DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb

18:32
16 Mart

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib

18:16
16 Mart

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

17:53
16 Mart

Kosmosda ulduzların “ölümü” ilə müşayiət olunan parıltı müşahidə edilib

17:51
16 Mart

Ukrayna yeni ballistik raketin sınaqlarına başlayır

17:31
16 Mart

Xocavəndin Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib  

17:29
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:29
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

17:28
16 Mart

BMT-nin iqlim rəsmisi: Müharibə və yüksək enerji qiymətləri bərpaolunan mənbələrin əhəmiyyətini artırır  

17:02
16 Mart

Avrokomissar: Rusiyadan enerji idxalını dayandıracağıq

17:01
16 Mart

Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib: Hörmüz boğazında təhlükəsizlik təmin edilməsə, daha pis proseslər baş verə bilər  

16:59
16 Mart

SOMDA-nın əməkdaşları peşə bayramını qeyd ediblər

16:58
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!