07 Noyabr 2025 12:14
362
CƏMİYYƏT
A- A+
Vəkillər Kollegiyasının sədri Vətən müharibəsinin iştirakçısı olan vəkillərlə görüşüb  

Vəkillər Kollegiyasının sədri Vətən müharibəsinin iştirakçısı olan vəkillərlə görüşüb  


Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirib.

Kollegiyanın mətbuat xidmətindən "Azərbaycan" qəzetinə verilən məlumata görə, görüş 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunub. Anar Bağırov vəkilləri qarşıdan gələn 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıb.

Sədr rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad edildiyini, dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğunu və bu Zəfərin hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu vurğulayıb.

Həmçinin Anar Bağırov qeyd edib ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar olunub. Hazırda işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri inşa edilir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.

Görüşdə iştirak edən vəkillər döyüş yollarından danışaraq dövlətin, habelə VK Rəyasət Heyətinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər, azad olunmuş ərazilərdə Azərbaycanın üçrəngli Bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini söyləyiblər. Eyni zamanda, onlar doğma torpaqların bərpası və insanların yurdlarına dönüşünün hər bir vətənpərvər üçün böyük sevinc mənbəyi olduğunu bildiriblər.

Sonda Vətən müharibəsində iştirak etmiş vəkillərə qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Vətən müharibəsində VK-nın 10 üzvü - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Fərhad Azad oğlu Kərimov, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Elvin Zamin oğlu Məhərrəmov, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Mirhəsən Miri oğlu Cabbarov, “Arbitrium” Vəkil Bürosunun vəkili Pənah Səməd oğlu Pənahov, “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili Polad Arif oğlu Cabbarlı, “Union” Vəkil Bürosunun vəkili Rauf Nəriman oğlu Əzimov, Şirvan Regional Vəkil Bürosunun vəkili Bəxtiyar Rəhim oğlu Babayev, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Elman Sanqam oğlu Məcidov, Ucar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Elşən Seyidəli oğlu Məcidli və Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Xəyal Natiq oğlu Səmədzadə iştirak ediblər. Onlar medallarla təltif olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!