08 Fevral 2023 10:13
429
DÜNYA
A- A+

Vaşinqton HIMARS sistemlərini Varşavaya 10 milyard dollara satmağı planlaşdırır  

 

ABŞ Polşaya təxminən 10 milyard dollar dəyərində HIMARS reaktiv yaylım atəşi sistemlərini və sursatlar satmağa hazırlaşır.

AZƏRTAC İnterfaks agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Hərbi əməkdaşlıq idarəsi məlumat yayıb. Məlumata görə, Dövlət Departamenti HIMARS sistemləri və müvafiq avadanlıqların təxminən 10 milyard dollar məbləğində Polşaya mümkün satışını təsdiqləmək barədə qərar qəbul edib. Polşa 18 HIMARS qurğusu, 468 doldurma modulu, 45 ATACMS raketi, idarəolunan raketlər də daxil olmaqla 460-dan çox digər raket, həmçinin reaktiv yaylım atəşi sistemi üçün ehtiyat hissələri istəyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video