Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Bakıdakı DOST mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 687 şəxs müraciət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 7 quruma aid 26 xidmət “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında göstərilir.
İlkin mərhələdə mərkəzlər Bakıdakı DOST mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayıb və indiyədək həmin mərkəzlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 84 müraciət, Müdafiə Nazirliyi üzrə 363 müraciət, Səhiyyə Nazirliyi üzrə 21müraciət, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 46 müraciət, yerli icra hakimiyyəti orqanları üzrə 60 müraciət, İcbari Tibbi Sığorta Dövlət Agentliyi üzrə 20 müraciət, Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 93 müraciət daxil olub.
Xatırladaq ki, vahid əlaqələndirmə mərkəzləri:
* Yasamal, Səbail və Qaradağ rayonları üzrə 1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86),
* Xəzər və Pirallahı rayonları üzrə 2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 b),
* Nizami, Xətai, Sabunçu və Suraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.),
* Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə 4 saylı Bakı DOST Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03) fəaliyyət göstərir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünyanın çalxalanması fonunda ölkəmizdə sabitliyin olmasının xüsusi önəmi var
05 May
Azərbaycan müxtəlif mədəniyyətlərin inkişafına töhfə verir
05 May
Qərb Gürcüstanı Ukraynaya çevirmək niyyətindədir
05 May
Qlobal əməkdaşlığın Bakı platforması
05 May
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!