26 Iyun 2024 20:59
255
CƏMİYYƏT
A- A+

UNEP-in icraçı direktoru: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib

 

 

Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib. Tezliklə bu böyük məsələni elan edəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Anderson deyib.

“Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı ətraf mühit, iqlim, biomüxtəliflik və çirklənmə üzrə dünyanın aparıcı orqanıdır. Əlbəttə ki, bir ölkə COP-a ev sahibliyini öz üzərinə götürürsə, onu dəstəkləmək bizim borcumuzdur. Onu da vurğulamaq istərdim ki, Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etmək üçün seçilib. Tezliklə bu böyük məsələni elan edəcəyik.

Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram. Bu ölkənin nə qədər qeyri-adi və gözəl olduğunu bildirmək istəyirəm. Mən həqiqətən iqlim məsələlərində addımlayaraq liderlik edən bir ölkəni görə bilirəm. Beləliklə, bu gün mən Şirvan Milli Parkı ilə yanaşı, fövqəladə işlər görən, nərə balıqlarının buraxılması ilə məşğul olan müəssisəyə baş çəkə bildim. Gənclərlə dialoq aparmaq fürsətim də oldu. Azərbaycan artıq COP29-a ev sahibliyi etməyə hazır olduğunu bildirir. Biz qlobal səviyyədə liderlik etməyə hazırıq. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı olaraq bu gözəl ölkəyə yardım etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə İ.Anderson qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video