31 Oktyabr 2025 16:54
527
CƏMİYYƏT
A- A+
Ukraynanın səhiyyə naziri: Müharibənin başlanmasından indiyədək Azərbaycan 2 min 100 tondan çox humanitar yük çatdırıb  

Ukraynanın səhiyyə naziri: Müharibənin başlanmasından indiyədək Azərbaycan 2 min 100 tondan çox humanitar yük çatdırıb  


Müharibənin ilk günlərindən etibarən Azərbaycan Ukraynaya müntəzəm olaraq humanitar yardım göstərib. Hətta dərmanlar, tibbi ləvazimatlar, xəstəxana avadanlığı, enerji texnikası və digər vacib məhsullar göndərilib.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.

O qeyd edib ki, müharibənin başlanmasından bəri Azərbaycan 2 min 100 tondan çox (125 göndəriş) humanitar yük, ümumi dəyəri 11,5 milyon Amerika Birləşmiş Ştatları (ABŞ) dollarından çox olan yardım çatdırıb. “Bu yardımlarda dövlət qurumları, biznes strukturları, xeyriyyə təşkilatları və Azərbaycandakı Ukrayna diasporu fəal iştirak edib. Vətəndaş və biznes təşəbbüsləri çərçivəsində təkcə 605 tondan artıq tibbi avadanlıq, dərman, ərzaq, gigiyena vasitələri və generatorlar göndərilib. Azərbaycan, həmçinin Ukraynanın enerji infrastrukturunun bərpasını dəstəkləyir. 2023–2025-ci illər ərzində müvafiq sərəncamlarla 10,6 milyon ABŞ dolları, o cümlədən 2025-ci ilin fevralında 1 milyon və avqustunda 2 milyon dollar məbləğində maliyyə ayrılıb. Bu vəsait elektrik avadanlıqları, transformatorlar və kabel məhsullarının tədarükü üçün nəzərdə tutulub. Səhiyyə sahəsində bərpa layihələri çərçivəsində Azərbaycan İrpen şəhərində böyük yenidənqurma işləri həyata keçirir. Ukraynanın Bərpası üzrə Konfransda (URC-2023) elan edilmiş 10 milyon dollarlıq yardım paketinin bir hissəsi olaraq xəstəxananın və sosial infrastrukturun bərpasına 2 milyon dollardan çox vəsait ayrılıb. SOCAR və Azərbaycan hökumətinin dəstəyi ilə İrpen Mərkəzi Şəhər Xəstəxanasında (60 milyon qrivna dəyərində) əsaslı təmir aparılıb və Zərifə Əliyeva adına 12 saylı məktəb bərpa olunub. 2025-ci ilin aprelində xəstəxananın ambulator-diaqnostika mərkəzi yenidən açılıb. Bundan əlavə, Azərbaycan Ukraynanın enerji davamlılığını dəstəkləməyə davam edir. 2023–2025-ci illər ərzində enerji avadanlıqları, transformatorlar və generatorların tədarükü üçün 10 milyon dollardan çox vəsait ayrılıb. Bu yardım bərpa, sülh və inkişaf dəyərlərinə əsaslanan həmrəyliyin təzahürüdür”,- deyə nazir vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!