21 Sentyabr 2022 11:47
589
DÜNYA
A- A+

Ukraynada hərbi əməliyyatlar zamanı Rusiyanın 5937 hərbçisi həlak olub

Rusiyanın müdafiə naziri Ukraynadakı hərbi əməliyyatdan və qismən səfərbərlikdən danışıb.

AZƏRTAC xəbər verir ki, nazir Ukraynada hərbi əməliyyatlar zamanı Rusiyanın 5937 hərbçisinin həlak olduğunu, yaralıların 90 faizinin yenidən döyüş bölgələrinə qayıtdığını bildirib.

O qeyd edib ki, əməliyyatlarda Rusiyanın bütün silah növləri, o cümlədən nüvə silahı öz vəzifələrini yerinə yetirir. Nazirin sözlərinə görə, Ukrayna hərbi əməliyyatlarda 61 min 207 hərbçisini itirib, daha 49 min 368 nəfər yaralı var.

S.Şoyqu bildirib ki, qismən səfərbərliyə artıq hərbi xidmət keçmiş, döyüş təcrübəsi və hərbi ixtisası olan şəxslər cəlb ediləcək. Nazir ehtiyatda olan 300 min hərbçinin səfərbərliyə cəlb ediləcəyini vurğulayıb. Onun sözlərinə görə, tələbələr və müddətli hərbi xidmət keçənlər döyüş bölgələrinə göndərilməyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video