18 Sentyabr 2023 17:08
507
DÜNYA
A- A+

Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin müavinləri vəzifədən azad edib

 

Ukrayna Nazirlər Kabineti ölkənin müdafiə nazirinin bütün müavinlərini vəzifədən azad edib. Bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

Nazirliyin dövlət katibi Konstantin Vaşşenko da tutduğu vəzifədən kənarlaşdırılıb.

Vəzifələrini tərk edənlər arasında Vladimir Qavrilov, Rostislav Zamlinski, Anna Malyar və Denis Şarapov var.

Həmçinin, Andrey Şevçenko Ukrayna müdafiə nazirinin Avropaya inteqrasiya üzrə müavini, Vitali Deyneqa isə rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşma nazirinin müavini vəzifələrindən azad edilib.

Bundan əvvəl sentyabrın əvvəlində Müdafiə Nazirliyinə rəhbərlik edən Rustem Umerov tabeliyində olan bütün qurumların auditinin aparılmasının zəruriliyini bəyan edib.

Bundan əlavə, yeni nazir hərbi idarənin transformasiyası üçün yeni konsepsiyanın işlənib hazırlandığını açıqlayıb.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video