Ukrayna Milli Jurnalistlər İttifaqında Azərbaycanın 44 günlük Vətən müharibəsi müzakirə edilib
Ukrayna Milli Jurnalistlər İttifaqında keçirilən dəyirmi masa Azərbaycanın 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilərinin Reinteqrasiyası üzrə nazir müavini İnna Draqançuk, Ukrayna Milli Jurnalistlər İttifaqın birinci katibi Lina Kuş, Taras Şevçenko adına Milli Muzeyin baş direktoru, yazıçı Dmitriy Stus, jurnalistlər, səfirliyin diplomatları iştirak ediblər.
Vətən uğrunda canlarından keçən azərbaycanlı və ukraynalı hərbçilərin, jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 44 günlük Vətən müharibəsinə həsr olunan sənədli filmə baxılıb.
Sonra çıxış edən səfir Elmira Axundova bildirib ki, 44 günlük Vətən müharibəsində hərbçilərimizlə yanaşı Azərbaycan jurnalistləri də öz peşə fəaliyyətləri zamanı qəhrəmanlıq göstəriblər. Hətta bəzi jurnalistlər könüllü olaraq cəbhəyə yollanıblar. İki Azərbaycan jurnalisti müharibədən sonra minaya düşərək həlak olub.
“Qarabağ münaqişəsinin başladığı ilk günlərdən düşmənin işğal dövründə törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün azad olunmuş ərazilərdə çəkilişlər aparan jurnalistləri bu çətin missiyanı uğurla icra ediblər. Müharibədə peşəsindən asılı olmayaraq əli silah tutmağı bacaran insanlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək qəhrəmanlıq göstəriblər”, - deyə səfir əlavə edib.
Səfir, həmçinin 44 günlük Vətən müharibəsində ukraynalı jurnalistlərin operativ və obyektiv xəbərlər yaydığını, həm döyüşlər zamanı, həm də müharibədən sonra işğaldan azad edilmiş ərazilərdən xüsusi reportajlar hazırladığını qeyd edib.
Sonra tədbirdə çıxış edən İnna Draqançuk, Lina Kuş, Dmitriy Stus və digərləri mövzu ətrafında fikirlərini söyləyiblər.
Qeyd edək ki, dəyirmi masa Ukrayna Milli Jurnalistlər İttifaqının sosial şəbəkələrində canlı yayımlanıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!