20 Sentyabr 2023 18:52
588
İDMAN
A- A+

UEFA Avropa Liqasının oyunu ərəfəsində Qarabağdakı vəziyyəti müşahidə etdiyini bildirib

 

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa Liqasının qrup mərhələsinin birinci turunda Azərbaycanın “Qarabağ” və Norveçin “Molde” komandaları arasında keçiriləcək oyun ərəfəsində Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müşahidə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən bildirilib.

“UEFA vəziyyəti müşahidə edir və oyuna ev sahibliyi edəcək ölkə ilə sıx təmasdadır. Hal-hazırda bizim bununla bağlı digər şərhimiz yoxdur”, - məlumatda deyilir.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 21-də “Qarabağ” klubunun Avropa kuboku oyunlarını keçirdiyi Bakıdakı Tofiq Bəhramov adına stadionda baş tutacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video