29 Aprel 2025 18:38
558
DÜNYA
A- A+
Üç günə qarşı 30 günlük atəşkəs təklifi

Üç günə qarşı 30 günlük atəşkəs təklifi

Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü ilə bağlı elan etdiyi 3 günlük atəşkəs Ukrayna tərəfindən razılıqla qarşılanmır. Rəsmi Kiyev 30 günlük atəşkəsi təklif edir. Bununla bağlı hələki Moskvadan müsbət cavab verilməyib. Ukrayna Prezidenti Volodimir Zelenski də rusiyalı həmkarının 3 günlük atəşkəs ideyasını növbəti manipulyasiya adlandırıb. Bunu sadəcə Rusiyanın öz paradını sakit keçirmək cəhdi kimi qiymətləndirib. Zelenski bildirib ki, 8 Mayı gözləmədən bir aylıq tam olaraq atəşkəs elan edilməlidir.

Ukraynanın bəzi ekspertləri isə hesab edir ki, qarşılıqlı razılaşma olmasa, 9 May paradında Ukrayna tərəfindən hava hücumları mümkün ola bilər.

“Amerika Prezident Donald Trampın sülh, atəşkəs çağırışından sonra Rusiya Federasiyası oyun oynamağa başlayıb. Onlar atəşkəs təklif edəndə, buna əməl etmirlər. Rusiya publika qarşısında atəşkəs istəməklə, Tramp qarşısında özlərini guya sülh carçısı kimi göstərmək istəyir. “Pasxa atəşkəsi” zamanı heç bir atəşkəs olmadı. Növbəti atəşkəs elanı da çox güman ki, mümkün olmayacaq. Yəni Rusiyanın atəşkəs elanı sadəcə sözdədir. Bunları görən Ukrayna ona görə də deyir ki, nəyə görə bir neçə günlük atəşkəs olmalıdır? Gəlin, Donald Trampın da dediyi kimi 30 günlük atəşkəs elan edək”- deyə AZƏRTAC-a açıqlamasında ukraynalı ekspert İvan Us bildirib.

Ekspertin sözlərinə görə, Ukrayna faktiki olaraq Donald Trapın da istəyində olduğu təkliflə çıxış edir: “Ancaq Rusiya nə Trampın, nə də Ukraynanın istədiyi atəşkəsə getmir. Ona görə də özünün üç günlük atəşkəsini istəyir. Bir məsələni yaddan çıxarmaq olmaz. Əgər qarşılıqlı olaraq Ukrayna 3 günlük atəşkəsə razılıq verməsə, bu, baş tutmayacaq. Rusiya sadəcə 9 may paradını sakit keçirmək üçün bu təkliflə çıxış edir. Onlar parad zamanı Ukrayna tərəfindən hər hansı hava hücumunun olmasını istəmir, kover elan edib, aeroportlarını bağlamaq istəmirlər. Ukrayna mayın 1-dən 30 günlük atəşkəs təklif edir. Rusiya isə bundan imtina edərsə, onda Ukrayna da 3 günlük atəşkəsə razı olmayacaq. Bu isə o deməkdir ki, 9 May paradında Ukrayna tərəfindən hava hücumları mümkündür”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!