Türkiyəyə dəstək məqsədilə yaradılmış “Qardaş köməyi” platformasının təqdimatı olub
Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə “Qardaş köməyi” platforması yaradılıb.
AZƏRTAC xəbər verir ki, fevralın 8-də “Bakı KOB evi”ndə Türkiyənin ölkəmizdəki səfirliyi ilə əlaqələndirilməklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş "Qardaş köməyi" platformasının təqdimatı keçirilib.
Azərbaycan sahibkarlarının, biznes assosiasiyalarının və ictimai birliklərin iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli, TÜİB-in sədri Hüseyin Büyükfırat, ATİB-in İdarə Heyətinin üzvü Rafiq Qarayev, Gəncliyə Yardım Fondunun sədri Ahmet Tecim və digərləri çıxış ediblər.
Qeyd olunub ki, bir millət, iki dövlət ruhuna uyğun olaraq, Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə hər zaman birlikdədir, çətin vaxtlarda bir-birini dəstəkləyir. Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycanı dərindən kədərləndirib və ölkəmiz qardaş Türkiyənin dərdinə şərikdir. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa hazırdır. Azərbaycanın biznes ictimaiyyəti də yardım prosesində fəal iştirak edir, öz dəstəyini əsirgəmir.
Dünən gecə saatlarında operativ şəkildə yerli sahibkarlarımızın dəstəyi ilə isti geyimlər, qida, şəxsi gigiyena vasitələri, yaşayış üçün konteyner tipli evlərdən ibarət humanitar yardım TIR-lara yüklənib. Növbəti mərhələdə Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə bu TIR-lar Türkiyəyə göndəriləcək. Təqdirəlayiq haldır ki, dəstək prosesində yerli iş adamları şirkətlərinə məxsus nəqliyyat vasitələrini, yük maşınlarını təmənnasız olaraq prosesə cəlb edirlər. Yardım prosesinin effektiv təşkili, əlaqələndirilməsi və yardımların ehtiyaca uyğun operativ təmin edilməsi məqsədilə “Qardaş köməyi” platforması yaradılıb.
Sonra MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri, "Qardaş köməyi" platformasının rəhbəri Rəşad Cabirli platformaya dair təqdimatla çıxış edib, zəlzələdən zərər çəkənlərə yardım etmək üçün platformanın Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. Bildirilib ki, platforma “Səninləyəm Türkiyəm!” yardım kampaniyasına dəstək məqsədilə zəlzələdən zərər çəkənlərə kömək üçün pul, tibbi ləvazimatlar və s. zəruri əşyaların lazımi ünvanlara çatdırılması üçün aktiv fəaliyyət göstərəcək. R.Cabirli "Qardaş köməyi" platformasına qoşulmaq istəyənlər üçün açılmış bank hesabı, eləcə də əşya və s. yardımlar üçün ayrılmış yerlər barədə də məlumat verib.
Tədbir çərçivəsində "Qardaş köməyi" platformasına dair videoçarx təqdim edilib, platforma adından bəyanat səsləndirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ekoaksiya: Sülhməramlıların avtomobilləri axşam saatlarında da sərbəst hərəkət edir
22 Mart
Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb...
22 Mart
Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb
22 Mart
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Valideyn görüşləri” keçirilib
22 Mart
İslam aləmində on bir ayın sultanı - Ramazan ayı
22 Mart
Laçın-Xankəndi yolu: Daha dörd avtomobil keçib
22 Mart
Sülhməramlıların altı avtomobili aksiya ərazisindən keçib
22 Mart
Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
22 Mart
Son sutkada COVID-19 infeksiyasına 5 yoluxma qeydə alınıb
22 Mart
Ekoaksiya: BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb
22 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!