25 May 2023 18:10
441
DÜNYA
A- A+

Türkiyədə prezident seçkiləri: xaricdə 1,8 milyondan çox seçici səs verib

 

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda xaricdə və gömrük keçidlərində səs verən seçicilərin sayı 1 milyon 856 min 968 nəfərə çatıb.

Xarici nümayəndəliklərdə və gömrük keçidlərində Türkiyə hüdudlarından kənarda seçki siyahılarında qeyd olunan vətəndaşların səsvermə prosesi davam edir.

Türkiyə nümayəndəliklərində və sərhəd-keçid məntəqələrində səsvermə prosesi mayın 20-də başlayıb.

Türkiyə Yüksək Seçki Komissiyasının məlumatına görə, mayın 24-ü saat 14:00-a olan məlumata görə, xarici diplomatik nümayəndəliklərdə və sərhəd-keçid məntəqələrində 1 milyon 856 min 968 seçici səs verib.

Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi dünən saat 22:00-da başa çatıb, gömrük keçidlərində isə mayın 28-i saat 17:00-dək davam edəcək.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video