Türkiyə XİN erməni terrorçuları tərəfindən öldürülən türk diplomat Əvnər Ergünün anım günü ilə bağlı paylaşım edib
Bu gün erməni terror təşkilatı ARA-nın hücumu nəticəsində 1984-cü il noyabrın 19-da Vyanada öldürülən Birləşmiş Millətlər Təşkilatının Sosial İnkişaf və Humanitar Məsələlər Mərkəzinin direktor müavini Əvnər Ergünün anım gündür.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Əvnər Ergünün anım günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı etdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə, 58 Türkiyə vətəndaşı qətlə yetirilib.
Bu sui-qəsdlərin əksəriyyəti ASALA və JCAG terror təşkilatları tərəfindən törədilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı Bakıda keçirilən konfransın iştirakçılarına müraci...
05 Dekabr
Moskvada Azərbaycanın və İranın xarici işlər nazirlərinin görüşü olub YENİLƏNİB
05 Dekabr
AMEA-nın prezidenti Türkiyə Elmlər Akademiyasında çıxış edib
05 Dekabr
Prezidentin köməkçiləri və nazirlər STEAM Azərbaycan Festivalında
05 Dekabr
Azərbaycan XİN Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin qərəzli fikirlərini şərh edib...
05 Dekabr
Ceyhun Bayramov: Xəzərin hüququ statusuna dair konvensiyanın ratifikasiyası Moskva görüşünün əsas mö...
05 Dekabr
Azərbaycan Mətbuat Şurasının AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə b...
05 Dekabr
Ten Kristian: Fransanın Yeni Kaledoniyada hərbi baza yerləşdirməsinə razı deyilik
05 Dekabr
Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib
05 Dekabr
Alessandro Biançi: Mədəni irsə qarşı vandallıq aktları yolverilməzdir
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!