20 Sentyabr 2022 11:02
589
DÜNYA
A- A+

Türkiyə Prezidenti və Gürcüstanın Baş naziri regiondakı vəziyyəti müzakirə ediblər

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

Bildirilir ki, görüş zamanı ikitərəfli strateji tərəfdaşlığın perspektivləri diqqət mərkəzində olub.

Eyni zamanda, tərəflər Ukraynada gedən proseslərə diqqət yetiriblər.

Görüş zamanı, Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr, Gürcüstanın vasitəçiliyi ilə 2021-ci ildə tərəflər arasında əldə olunmuş razılıq barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, regionun davamlı inkişafına və təhlükəsizliyinə nail olmaq üçün Türkiyə ilə Gürcüstan arasında bütün sahələrdə səmərəli əməkdaşlıq davam etdirilməlidir. Görüşün sonunda İ.Qaribaşvili R.T.Ərdoğanı ölkəsinə səfərə dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video