19 Sentyabr 2023 12:06
760
DÜNYA
A- A+
Türkiyə Prezidenti: Senator Menendez hələ Rəcəb Tayyib Ərdoğanı yaxşı tanımır  

Türkiyə Prezidenti: Senator Menendez hələ Rəcəb Tayyib Ərdoğanı yaxşı tanımır  

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PBS telekanalına müsahibəsində uzun müddətdir ki, Birləşmiş Ştatlar Senatında Türkiyə və Azərbaycan əleyhinə fəaliyyət göstərən, Ağ evi Ankaraya F-16 döyüş təyyarələri satmamağa çağıran ermənipərəst senator Bob Menendezin növbəti anti-Türkiyə çıxışına sərt cavab verib: “Bob Menendez hələ Türkiyəni yaxşı tanımır, o, hələ Rəcəb Tayyib Ərdoğanı da yaxşı tanımır”.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, amerikalı senatorun guya Türkiyənin Yunanıstanı təhdid etməsi iddialarına cavab verən Rəcəb Tayyib Ərdoğan əlavə edib: “Biz uzun onilliklərdir dostuq. Deyəsən, Menendez Türkiyəyə düşmən münasibət bəsləyib və bizi öz seçdiyi bəzi müzakirələrə cəlb etməyə çalışır. Ancaq biz bunun bir hissəsi olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündükləri kimi deyil”.

Ukraynada müharibənin nə vaxt bitəcəyi sualına cavab verən Türkiyənin dövlət başçısı bildirib ki, bunu ancaq Rusiya və Ukrayna prezidentləri müəyyən edə bilər. Vladimir Putinlə müharibənin gedişi ilə bağlı müzakirələri haqqında danışan Prezident Ərdoğan qeyd edib ki, münaqişənin “uzun müddət” davam edəcəyi gözlənilir. O əlavə edib: “Müharibənin mümkün qədər tez bitməsi üçün biz çox ümidli olmaq istərdik. Putin, əslində bu müharibənin tez bir zamanda bitməsinin tərəfdarıdır. Rusiyaya güvənməmək üçün heç bir səbəbim yoxdur. Qərb nə dərəcədə etibarlıdırsa, Rusiya da eyni dərəcədə etibarlıdır. Son 50 ildir ki, biz Aİ-nin astanasında gözləyirik. Bu məqamda Qərbə güvəndiyim qədər Rusiyaya da güvənirəm. Türkiyə Aİ-nin qəbul etdiyi qərarlara böyük əhəmiyyət verir və irəliyə doğru hər hansı müsbət addımı alqışlayacaq. Ankara son beş onillikdə Aİ-nin astanasında dayanıb və biz həmişə özümüzü təmin etmişik. Biz heç vaxt Aİ-dən aldığımız töhfələrə və ya dəstəyə güvənməmişik, ona görə də İttifaqa üzvlük bizim üçün çox vacib deyil".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!