09 Noyabr 2025 17:42
745
SİYASƏT
A- A+
Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

Qarabağın azad edilməsi təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir.

AZƏRTAC xəbər verir ki, bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində çıxış edib.

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paraddakı çıxışından danışan Türkiyə dövlətinin başçısı vurğulayıb ki, bu gün Ankara və Bakının mövqeyi “Bir millət, iki dövlət” ideyasını ən yaxşı şəkildə təcəssüm etdirir. O, müharibə zamanı Türkiyənin Azərbaycan xalqının ədalətli mübarizəsini açıq şəkildə dəstəklədiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Şuşa Bəyannaməsi sayəsində müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə-Azərbaycan münasibətləri bütün sahələrdə, o cümlədən konkret layihələrin həyata keçirilməsi üzrə fəal şəkildə inkişaf edir.

Türkiyə lideri səfər zamanı azərbaycanlı həmkarı ilə görüşmək və ikitərəfli münasibətləri müzakirə etmək imkanı əldə etdiyini qeyd edib.

Siyasətçi Azərbaycan ilə Ermənistan arasında sülh prosesində atılan addımları alqışlayıb və Vaşinqtonda keçirilən avqust görüşünün nəticələrindən məmnunluğunu ifadə edib: “Otuz ildən çox davam edən qeyri-sabitlikdən sonra Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün fürsət pəncərəsi açılıb. Sülh prosesinin tez bir zamanda başa çatması qalib ölkə olan Azərbaycanın regionda sülhün memarı olmasına imkan verəcək".

Ərdoğan bildirib ki, bu gün Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması üçün addımlar atmağa davam edir və “"səylərini Azərbaycan ilə sinxronlaşdırır”.

O qeyd edib ki, Türkiyə dialoq iştirakçılarına bu prosesdə Azərbaycanın maraqlarının hər hansı bir şəkildə pozulmasının qəbuledilməz olduğunu çatdırıb.

İşğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpası üçün atılan fəal addımları vurğulayan Türkiyə lideri deyib: “Bu gün qardaşım İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgənin bərpası üçün genişmiqyaslı addımlar atır. Qarabağın müxtəlif bölgələrində yollar və tunellər inşa edilir, kənd təsərrüfatı layihələri həyata keçirilir və yaşayış binaları tikilir. Bu baxımdan, biz Azərbaycanın səylərinə töhfə vermək üçün bütün lazımi addımları atırıq”.

Ərdoğan İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın uğurlarını və nailiyyətlərini xüsusi olaraq qeyd edib: “Həm mərhum Heydər Əliyevin, həm də İlham Əliyevin prezidentliyi dövründə prosesləri yaxından izləyən siyasi lider kimi nə baş verdiyini, harada və nə vaxt baş verdiyini çox yaxşı bilirəm. İlham bəyi və onun komandasını səmimi-qəlbdən təbrik edirəm”.

Türkiyə Prezidenti qardaş Azərbaycan xalqını Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə bir daha təbrik edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ kosmosda silah yerləşdirdiyini ilk dəfə rəsmən etiraf edib  

19:18
15 Sentyabr

 Merkuri düşünüldüyündən daha sürətlə kiçilir

18:57
15 Sentyabr

 Alimlər qripə qarşı yeni vasitə hazırlayıblar

18:47
15 Sentyabr

Süni intellekt artıq öz “düşüncəsini” də təhlil edir  

18:13
15 Sentyabr

BMT-dən azərbaycanlı ekspertə etimad

18:11
15 Sentyabr

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

18:05
15 Sentyabr

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

18:04
15 Sentyabr

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  

17:57
15 Sentyabr

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

17:56
15 Sentyabr

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

17:55
15 Sentyabr

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

17:53
15 Sentyabr

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik  

17:50
15 Sentyabr

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

17:47
15 Sentyabr

Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir  

17:46
15 Sentyabr

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

17:33
15 Sentyabr

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələr müzakirə edilib  

17:20
15 Sentyabr

Bu il Gəncənin ümumtəhsil məktəblərində 47059 şagird təhsil alacaq

17:18
15 Sentyabr

Hacıqabul şəhərində yeni məktəb binası istifadəyə verilib  

17:16
15 Sentyabr

YAP-ın Vlll qurultayına nümayəndələr seçilmişdir  

17:14
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır  

17:12
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır  

17:11
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!