Türk Ağsaqqalları Birliyinin nümayəndə heyəti Naxçıvana səfər edib
Fevralın 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Türk dünyasına açılan Şərq Qapısı: Naxçıvan - 100” konfransının iştirakçıları - Türk Ağsaqqalları Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Fuad Nəcəfli Prezident İlham Əliyevin tapşırığı, diqqət və qayğısı ilə Naxçıvanda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərindən, o cümlədən su təminatı, energetika, infrastruktur quruculuğu, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər istiqamətlərdə reallaşdırılacaq çoxprofilli layihələr barədə məlumat verib. Səlahiyyətli nümayəndə bildirib ki, Naxçıvan inkişafının yeni mərhələsini yaşayır və bu mərhələdə yeni layihələr icra olunacaq. Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublikada 11 prioritet sahə üzrə mühüm layihələr reallaşdırılacaq. Naxçıvan Azad İqtisadi Zonaya çevrilməklə investorların diqqətini cəlb edəcək.
Qeyd olunub ki, Naxçıvan enerji istehsalı sahəsində yüksək potensiala malikdir. Təsadüfi deyil ki, dövlət başçısı Naxçıvanı “yaşıl enerji” məkanı kimi dəyərləndirib. Dövlət Proqramına uyğun olaraq bu resurslardan səmərəli istifadə olunacaq, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni energetika sistemləri, eləcə də 500 meqavat gücündə yeni istilik elektrik stansiyası tikiləcək. Araz Su Elektrik Stansiyası yenidən qurulacaq. Bütün bunların müqabilində Naxçıvan enerji ixracatçısı mövqeyindən çıxış edəcək.
Fuad Nəcəfli görüş iştirakçılarının suallarını cavablandırıb.
Türk Ağsaqqalları Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafındakı xidmətlərinə və “Türk dünyasına açılan Şərq Qapısı: Naxçıvan - 100” konfransının təşkilinə verdiyi yüksək dəstəyə görə səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə birliyin fəxri diplomunu təqdim edib.
Deputat, professor Musa Qasımlı isə səlahiyyətli nümayəndəyə “Heydər Əliyev və Qafqaz problemləri” kitabını hədiyyə edib.
Türk Ağsaqqalları Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev, birliyin qadınlar şurasının sədri, Dünya Türkologiya Mərkəzinin sədri Güllü Yoloğlu, birliyin sədr müavini, AzTV Akademiyasının rektoru, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı səmimi qəbula görə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə təşəkkürlərini bildiriblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
BMT-nin xüsusi təhlükəsizlik xidmətinin əməkdaşları COP29 görə Azərbaycana gələcək
11 Sentyabr
Kreml: ABŞ-nin Ukraynanın ərazimizə mümkün raket zərbələri ilə bağlı qərar verdiyini düşünürük...
11 Sentyabr
Lənkəran kənd seçki dairəsindən iki məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib...
11 Sentyabr
22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 3 məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb...
11 Sentyabr
Azərbaycanla Tailand arasında multikulturalizm sahəsində təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq müz...
11 Sentyabr
Səyyar “ASAN xidmət” Xaçmazda
11 Sentyabr
Şəkidə “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi” keçirilir
11 Sentyabr
Azərbaycan V Dünya Köçəri Oyunlarında növbəti medalları qazanıb
11 Sentyabr
Mərkəzi Seçki Komissiyasının iclası keçirilir
11 Sentyabr
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB
11 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!