13 Avqust 2023 10:20
921
İQTİSADİYYAT
A- A+
Turizm sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir

Turizm sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir

 

Azərbaycan son illərdə dünya turistlərinin daha çox üz tutduqları ölkələr sırasında yer almışdır və demək olar ki, bu istiqamətdə artıq nəzərəçarpacaq uğurlar da əldə etmişdir. Sözügedən məqsədin reallaşdırılması üçün ölkəmizdə turizm infrastrukturunun müasirləşdirilməsi və mövcud potensialın səmərəli şəkildə realizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 
Bu sektorda aparılan islahatların əsas məqsədi respublikada qabaqcıl səviyyədə turizm mədəniyyətinin formalaşdırılması və xidmət səviyyəsinin davamlı şəkildə yüksəldilməsidir.
Hazırda Şahdağ, Tufandağ və bu kimi turizm layihələrin reallaşması Azərbaycanda bu sahənin mövsümilik probleminin aradan qaldırılmasına geniş imkanlar yaratmışdır.  Digər tərəfdən sevindirici haldır ki, ölkəmizin turizm imkanları istənilən seqmentə daxil olan turistin tələblərinə cavab verəcək qədər zəngindir. Ekoturizm, dağ-xizək turizmi, çimərlik, sağlamlıq-müalicə, işgüzar turizm, dini turizm və s. istiqamətdə gələn qonaqların ildən-ilə artması ölkəmizdəki turizm sahəsinin müxtəlifliyinə əyani sübutdur.
Beynəlxalq əməkdaşlıq əlaqələri də günbəgün genişlənir. Əməkdaşlığın aparıldığı ölkələrlə müxtəlif istiqamətlər üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə dövlətlərarası və beynəlxalq təşkilatlarla sazişlər və müqavilələr bağlanılıb. 2020-2022-ci illər üçün turizm sahəsi üzrə 2 Əməkdaşlıq Proqramı imzalanıb. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunub, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilib, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən tədbirlər həyata keçirilməyə başlanılıb. 
Bu günlərdə Hindistanla turizm üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. İkitərəfli münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı tanıtım tədbirləri, ölkəmizdə hindistanlı turistləri cəlb edən mədəni-tarixi amillər,  son dövrlərdə onların Azərbaycana səfərlərinin intensivləşməsi, birbaşa uçuşların sayının artırılması məsələləri barədə danışılıb. Həmçinin qeyd olunub ki, cari ilin avqust ayından etibarən "IndiGo Airlines" aviaşirkəti tərəfindən Hindistandan Azərbaycana birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır. Onu da qeyd edək ki, 2023-cü ilin I yarımilliyində Hindistandan Azərbaycana 47 670 nəfərdən çox xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,7 dəfə artım deməkdir.
Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları  Londonda keçirilən "National Geographic Traveller" kulinariya festivalında təbliğ edilib. Tədbirdə milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim edilib.
Azərbaycanın ornitoloji turizm imkanları Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi ("Global Bird Fair") turizm sərgisində tanıdılıb. 
Sərgidə Böyük Qafqaz və Talış dağlarında, Nabran sahili, Mingəçevir su anbarı və Kür çayı sahilində, Beşbarmaq, Xınalıq, Ləzə kimi təbiət ərazilərində mövcud quş müşahidəçiliyi potensialı, Azərbaycanda olan nadir quş növləri, Qızılağac, Altıağac, Ağgöl, Abşeron və Şirvan milli parklarındakı biomüxtəliflik və quş müşahidəsi üçün əlverişli mövsümlər haqqında sərgi ziyarətçilərinə ətraflı məlumat verilib.
Qeyd edək ki, Qlobal Quş Müşahidəçiliyi ("Global Bird Fair") turizm sərgisi ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizmin təbliği üzrə beynəlxalq tədbir kimi hər il keçirilir. Bu il sərgidə Kipr, Yunanıstan, Malta, Portuqaliya, Çili, Ekvador, Kolumbiya, İslandiya, Bolqarıstan, Fransa, Türkiyə, Böyük Britaniya, ABŞ, Avstraliya, Tayvan, Malayziya kimi ölkələrin nümayəndələri daxil olmaqla 270-dən çox şirkət və qurum təmsil olunub. 
Bundan başqa, BƏƏ ilə turizm əlaqələrinin cari və gələcək inkişaf perspektivləri iyul ayında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında keçirilən görüşdə müzakirə olunub. Görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında vizasız rejimin tətbiqinin qarşılıqlı səfərlərin artmasına verəcəyi töhfə, BƏƏ şirkətlərinin Azərbaycanın turizm sahəsinə investisiya imkanları barəsində fikir mübadiləsi aparılıb. Qeyd edək ki, 2023-cü ilin I yarımilliyində Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana səfər edən vətəndaşların sayı 18 884 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım deməkdir. Hazırda ölkəmizə BƏƏ-nin Dubay, Şarjah və Əbu-Dabi şəhərlərindən həftədə 50 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
Bu günlərdə Azərbaycanla Pakistan, Meksika, Türkmənistan arasında da turizm əlaqələrinin genişləndirilməsi ilə əlaqədar görüşlər olub, müzakirələr aparılıb. Hazırda Pakistanın Lahor şəhərindən Bakıya həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
Ötən ayın 25-də Dövlət Turizm Agentliyinin sədri F. Nağıyevlə UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə turizm sahəsində həyata keçirilən layihələr, eləcə də mədəni irsin qorunması istiqamətində aparılan işlər, Azərbaycanın UNESCO-nun mədəni irs siyahısında yer alan mədəni və tarixi nümunələrinin təbliği ilə bağlı əməkdaşlığın artırılması, turizm sahəsində təcrübə mübadiləsi, UNESCO və Azərbaycanın İpək yolu boyunca ortaq mirasın tanıdılması və istifadəsi, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İ.ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!