Tibb işçilərinin və yaşı 60-dan yuxarı olanların 3-cü doza ilə peyvəndlənmələri tövsiyə edilir
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
AZƏRTAC-a daxil olan məlumata əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif olanların 3-cü doza (“buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir.
Bunun üçün vətəndaşlar “https://randevu.its.gov.az/” saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər.
Qeyd edək ki, “Peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın (“buster” doza) vurulması onun müddətinə təsir etmir.
Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!