05 Noyabr 2025 09:40
379
SİYASƏT
A- A+
“The Diplomat”: Azərbaycanın inkişaf etmiş nəqliyyat sistemi var və bu olmadan Orta Dəhlizin fəaliyyəti mümkün deyil  

“The Diplomat”: Azərbaycanın inkişaf etmiş nəqliyyat sistemi var və bu olmadan Orta Dəhlizin fəaliyyəti mümkün deyil  

Noyabrın 6-da Mərkəzi Asiya respublikalarının prezidentləri Vaşinqtonda Amerika Prezidenti Donald Tramp ilə görüşəcəklər. C5+1 formatında keçiriləcək sammitdə əhatəli məsələlər müzakirə olacaq. Cənubi Qafqaz respublikalarının, xüsusilə də Azərbaycanın bu sammitə qatılması ABŞ-ın Avrasiyaya daha dərin nüfuz etməsinə geniş imkanlar yaradar.

AZƏRTAC xəbər verir ki, bu fikir ABŞ-da nəşr olunan “The Diplomat” analitik jurnalında dərc olunan “ABŞ və Mərkəzi Asiya: C5+1 nədir?” sərlövhəli məqalədə yer alıb.

Materialda qeyd olunur ki, bu formatda indiyə kimi belə yüksək səviyyədə görüş keçirilməyib. Mərkəzi Asiya respublikaları nadir yer metalları, enerji və su resursları ilə olduqca zəngin bir regiondur. ABŞ-ın bu regiona nüfuz etməsi buradakı dövlətlərin Çin, Rusiya və Avropa İttifaqı arasında balanslaşdırılmış siyasət yürütmələrinə böyük imkanlar yaradacaq. Buradakı faydalı qazıntıları həyata keçirmək üçün ABŞ-ın texnologiyasına və sərmayəsinə böyük ehtiyac var. Yataqların işlənilməsi və dünya bazarına çıxarılması tərəflərin iqtisadi maraqları ilə yanaşı siyasi maraqlarını da təmin edər. Mərkəzi Asiya respublikalarının Qərb bazarlarına çıxışı isə yalnız Azərbaycan vasitəsi ilə mümkündür. Xəzər dənizinin Azərbaycan sahilində yerləşən Ələt dəniz limanı Qərb bazarlarına çıxışı təmin edən yeganə vasitədir. Azərbaycan Orta Dəhlizin inkişafı üçün geniş infrastruktur layihələr həyata keçirib və tranzit yükdaşımaları üçün əhatəli dəmir yoluna malikdir.

Materialda nəzərə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyev regional zirvə görüşlərində fəal iştirak edir, genişlənən Mərkəzi Asiya məkanının ayrılmaz hissəsi kimi Bakının imicini formalaşdırır. Azərbaycanın inkişaf etmiş nəqliyyat və enerji kommunikasiyaları sistemi var və bu sistem olmadan Orta Dəhlizin fəaliyyəti mümkün deyil. Məhz buna görə də amerikalı analitiklərin fikrincə, Azərbaycanın C5+1 formatına daxil edilməsi geosiyasi reallığın tanınması olardı: axı, Mərkəzi Asiya ilə Qərb arasında əsas enerji və ticarət yolları Bakıdan keçir. Belə genişlənmə formatın enerji və investisiya potensialını artıracaq və ona real strateji dərinlik verəcək. Buna görə də Vaşinqton üçün Azərbaycanın müşahidəçi statusu və ya genişləndirilmiş “C6+1” konfiqurasiyasında iştiraka cəlb etməsi daha məntiqli addım ola bilər.

Məqalədə deyilir ki, xüsusi əhəmiyyət kəsb edən layihə Ermənistanı Orta Dəhlizə birləşdirəcək və Transxəzər yük daşımalarının həcmini iki dəfədən çox artıracağı proqnozlaşdırılan Zəngəzur Dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, TRIPP) layihəsidir. Bu təşəbbüsün həyata keçirilməsi təkcə Azərbaycan və Ermənistan arasında sülhü gücləndirməklə yanaşı, həm də bütün regionun davamlı inkişafı üçün iqtisadi stimul yaradacaq.

Məsələyə daha əhatəli baxılsa, ABŞ C8+1 formatı da təsis edə bilər ki, burada Mərkəzi Asiyanın 5 və Cənubi Qafqazın 3 dövləti daxil olar. Belə format Amerikaya Avrasiya regionunda daha üstün mövqe qazandırar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH  

15:21
16 Noyabr

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq

15:17
16 Noyabr

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub  

15:13
16 Noyabr

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib  

15:09
16 Noyabr

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüzdən başlayaraq tədricən kəsiləcək  

15:06
16 Noyabr

Hande Harmancı: Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsi innovasiya və rəqəmsal xidmətləri önə çıxarır  

15:01
16 Noyabr

Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  

14:57
16 Noyabr

Volodimir Zelenski: Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür

14:56
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!