18 Sentyabr 2023 23:25
675
İDMAN
A- A+
Teymur Rəcəbov Levon Aronyanın təxribatçı bəyanatına cavab verib

Teymur Rəcəbov Levon Aronyanın təxribatçı bəyanatına cavab verib


Şahmat hər hərəkətin dərin düşüncə və diqqətli təhlil tələb etdiyi strategiya və intellekt dünyasıdır. Bu oyunda manipulyasiya və yalan üçün yer yoxdur, bizi dürüst və ədalətli olmağa öyrədir. Qrossmeysterlər yüksək şahmat titullarının daşıyıcıları kimi təkcə lövhədə deyil, həm də açıqlamalarında dürüstlüyə riayət etmək məcburiyyətindədirlər. Lakin təəssüf ki, bu, erməni şahmatçısı, üçqat Olimpiya çempionu Levon Aronyana şamil edilmir.
Azərtac  agentliyinin xəbərinə görə, bu sözləri Azərbaycanın aparıcı şahmatçısı Teymur Rəcəbov özünün feysbuk hesabında erməni şahmatçısı Levon Aronyanın sosial şəbəkədəki postunu şərh edərkən yazıb.
“44 günlük İkinci Qarabağ müharibəsi zamanı Aronyan deyirdi və yazırdı ki, guya “silah götürməyə, döyüşə getməyə hazırdır”. Təbii ki, Azərbaycana qarşı döyüşməyə.
Lakin riyazi düşüncəyə sahib olan Aronyan açıqlaması ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını faktiki olaraq dəstəklədiyini, Xankəndidəki separatçıları ruhlandırdığını və bununla da bölgədəki vəziyyətin daha da gərginləşməsinə öz “töhfəsi”ni verdiyini düşünürdümü?”, - deyə Teymur Rəcəbov şahmatın sülh və diplomatiyanın simvolu olduğunu, hətta soyuq müharibə dövründə şahmatçıların vasitəçi və sülh rəmzi olduqlarını vurğulayaraq soruşur.Teymur Rəcəbov xatırladıb ki, ermənilər və azərbaycanlılar əsrlər boyu yan-yana, mehriban qonşuluq şəraitində yaşayıb, birlikdə çalışıb, sevinib və kədərləniblər. Lakin 1990-cı illərdə qonşularımızın, eləcə də Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərinin şüuru erməni şovinizmi, separatizmi, “irqi, milli və digər üstünlük” ideyalarının təsiri altına düşüb.
Azərbaycan şahmatçısı öz şərhində qeyd edir: “44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri ölkənin təxminən 30 il erməni işğalı altında qalan yeddi rayonunu azad etdikdə, Ermənistanı təslim olmağa və ümumi məğlubiyyəti etiraf etməyə məcbur edəndə Levon Aronyan susurdu. O, Azərbaycan əsgərlərinin bütün evlərin və tikililərin xarabalığa çevrildiyi, tamamilə dağıdılmış kəndləri, rayon mərkəzlərini, qəsəbələri və şəhərləri göstərəndə susurdu. Aronyan erməni işğalçıları tərəfindən yerlə-yeksan edilmiş Ağdam şəhəri - “Qafqazın Xirosiması”, dağıdılmış və ya tövləyə çevrilmiş məscidlər, ibadət evləri, vəhşicəsinə işgəncələrə məruz qalmış, qətlə yetirilmiş on minlərlə azərbaycanlı Ermənistanın, erməni işğalçılarının və separatçı dəstələrin ölkəmizə vurduğu saysız-hesabsız ziyanlar haqqında heç nə deməyib. Xeyr, o, inadla susurdu. İndi isə danışdı”.
Erməni şahmatçısının feysbuk səhifəsində Azərbaycana qarşı irəli sürdüyü ittihamlara cavab olaraq, erməni təbliğatının və Qarabağ ermənilərinin guya “blokadada olduqları, qida məhsulları və dərmanların olmadığı” barədə dezinformasiyanı sözbəsöz təkrarlayan Teymur Rəcəbov yazır: “Ağdam-Xankəndi yolunun fəaliyyət göstərdiyi, NBM-nin işlədiyi, hər iki tərəfə hərəkət edən yüklərin yoxlanıldığı təqdirdə, söhbət hansı “blokada”dan gedir? Məhz Azərbaycanın səyləri sayəsində hər iki – Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları fəaliyyətə başlayıb. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpağıdır, bunu həm dünya birliyi, həm də son vaxtlar Ermənistan etiraf edir. Orada yaşayan ermənilər də Azərbaycana inteqrasiya etməlidirlər. Ağdam-Xankəndi yolunu bağlamaq deyil, Azərbaycan dövlətinin təklif etdiyi ərzaqı qəbul etməlidirlər”.
Levon Aronyanın “baş verənlər haqqında danışmaq” çağırışını şərh edən Teymur Rəcəbov vurğulayır: “Tamamilə razıyam, Aronyan, gəlin susmayaq, Ermənistanın Xocalıda Azərbaycan xalqına qarşı törətdiyi əsl soyqırımından, günahsız və silahsız insanların, güllələnmiş qocaların və süngülərə keçirilmiş körpələrin, diri-diri yandırılan hamilə qadınların, ölənə qədər döyülmüş uşaqların qətli, daş üstə daş qalmayan, məhv edilmiş şəhər və kəndlər, hələ uzun illər minalardan təmizlənəcək sahələr haqqında danışaq. Gəlin dürüst olaq. Qrossmeysterin dürüstlüyü, sadəcə, etik standart deyil, həm də şahmat ictimaiyyəti, bütövlükdə cəmiyyət tərəfindən hörmət və etimadın açarıdır. Hər bir yalan açıqlama şahmatçıya inamı sarsıdır və bütün şahmat dünyasının nüfuzuna xələl gətirir.
Unutmayaq ki, qrossmeysterlər öz sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər”.
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!