Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə!
Mövcud qanunvericiliyə görə məcburi auditin subyektləri olan təsərrüfat subyektləri öz illik maliyyə hesabatlarını müstəqil (kənar) auditor tərəfindən təsdiq etdirməlidirlər.
Xatırladırıq ki, auditor rəylərinin alınmasının son müddəti:
* Maliyyə-sənaye qrupları üçün 30 martadək;
* Fondlar, siyası partiyalar üçün 1 aprelədək;
* İctimai əhəmiyyətli qurumlar, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, publik hüquqi şəxslər, bələdiyyələr üçün 30 aprelədək;
* İnvestisiya fondları üçün 31 mayadək;
* Banklar və digər kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər), dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları üçün isə 30 iyunadək müddət müəyyən olunmuşdur.
Xahiş edirik ki, göstərilən müddət ərzində öz maliyyə hesabatlarınızın auditor rəyi ilə təsdiq edilməsini təmin edəsiniz. Bununla da Siz ölkəmizdə həyata keçirilən şəffaflıq strategiyasına öz töhfənizi verməklə digər tərəfdaşlarınızın və investorların etibarını qazanmış olarsınız.
Nəzərinizə çatdırırıq ki, məcburi auditdən yayınmaya görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan 3000 manatadək inzibati cərimədən başqa, Vergi Məcəlləsinin 57.4.-cü maddəsinə əsasən, həmin məcəllənin 16.1.4-cü maddəsində göstərilən, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda auditor rəyini müəyyən edilən müddətlərdə təqdim etməyən vergi ödəyicisinə Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD№-li “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununa əsasən, 2022-ci il yanvarın 1-dən 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Xahiş edirik ki, yuxarıda qeyd edilənləri nəzərə alasınız və Auditorlar Palatasının rəsmi internet səhifəsində üzvlərimizin siyahısına daxil olaraq müstəqil auditorun dəvət olunması ilə yaranan bütün suallar ilə əlaqədar müraciət edəsiniz.
Eyni zamanda xatırladırıq ki, auditor rəylərinin müvafiq maraqlı tərəflərə əlçatanlığının təmin edilməsi və tələb olunduğu hallarda kütləvi informasiya vasitələrində (KİV) nəşrinə də təsərrüfat subyektlərinin rəhbərləri və məsul şəxsləri cavabdehdirlər.
Azərbaycan Respublikasının Auditorlar Palatası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
F.Ə.Əlizadənin"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında...
28 May
AĞDAMIN YENİ İNTİBAHI
28 May
Müstəqil siyasətin tarixi nailiyyətləri
28 May
Təbii resurslarımız ölkənin inkişafına, xalqın rifahına xidmət edir
28 May
Cümhuriyyət ideyalarına sadiqliyin nümunəsi
28 May
Məqsədi Azərbaycanın səadəti olanların yetmiş il sonra reallığa çevrilən arzuları
28 May
28 May Müstəqillik Günü qeyd olunmuşdur
28 May
Gəncə Dövlət Universitetində Məzun günü keçirilmişdir
28 May
Uzun yolun yolçusu
28 May
Cümhuriyyət qurucuları
28 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!