20 Mart 2025 08:25
620
CƏMİYYƏT
A- A+
Tərtərdə bayram sevinci yaşandı

Tərtərdə bayram sevinci yaşandı


Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Mədəniyyət İdarəsi Tərtər nümayəndəliyinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər abidə kompleksinin ziyarəti ilə başlamışdır.

Tədbir iştirakçıları Tarix-diyarşünaslıq muzeyinin nümayiş etdirdiyi qədim əşyalara, "Bahar" sərgisinə, şagirdlərin, Uşaq Gənclər İnkişaf Mərkəzinin Novruza həsr olunan rəsm və əl işlərindən ibarət sərgisinə baxdıqdan sonra rayon idmançılarının güləş, boks, kikboksinq üzrə nümunəvi çıxışlarını, kəndirbazların oyunlarını izləmişlər. Ətrafda yumurta döyüşən, xoruz döyüşdürən kim. Bir sözlə, Novruza xas bütün adət-ənənələr, onun təamları - yuxa, kətə, qovurğa, aş, müxtəlif şirniyyatlar meydanda açılmış süfrələrə düzülmüşdür.

Müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı iştirakçıları salamlayaraq onlara xeyir-dua vermiş, xoş arzularını bildirmişlər. Milli paltar geymiş qızların rəqsləri, Keçəl və Kosanın çıxışları da maraqla izlənmişdir. Sonra meydanın mərkəzində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dədə Qorqudla birlikdə qurulan Novruz tonqalını alovlandırmışdır.

Çıxış edən M.Məmmədov tərtərliləri bayram münasibətilə təbrik edərək onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulamışdır. Bildirmişdir ki, Novruz bayramı əsrlərin sınağından çıxaraq bugünədək gəlib çatmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bayramımızdır. Xalqımız min illərdir ki, Novruzun gəlişini bayram edir: "Artıq 5 ildir 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm Zəfər Azərbaycana əbədi bir bahar gətirib. Bu baharı bizə gətirən şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyir, şəhid analarının qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq". 

Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə Cıdır düzündən, 2022-ci ildə Suqovuşan qəsəbəsindən, 2023-cü ildə Talış kəndindən, 2024-cü ildə Xankəndidən, bu il isə Ağdərənin Həsənriz kəndindən  Azərbaycan xalqını təbrik etdiyini, bayram tonqalını yandırdığını deyən M.Məmmədov  vurğulamışdır ki, bu gün doğma Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir, gülüstana çevrilir, kəndlər salınır, şəhərlər bərpa edilir, uzun illər doğma ocaqlarından didərgin düşmüş məcburi köçkünlər geriyə dönürlər".

Müğənnilərin ifaları və Qarabağ Regional Mədəniyyət İdarəsi Tərtər nümayəndəliyi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla izlənmişdir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir  qrup tərtərliyə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının  fəxri fərmanları təqdim olunmuşdur.


Lazım QULİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!