29 Mart 2024 08:25
224
SİYASƏT
A- A+

Terror bəşəriyyət üçün təhlükədir

 

Azərbaycan bu bəladan ən çox zərərçəkən ölkədir

 

Dünyanın harasında, hansı ölkədə törədilirsə-törədilsin, terror aktına qarşı bütün sülhsevər xalqlar etiraz səslərini ucaldırlar. Çünki siyasi məqsədlər üçün həyata keçirilən dəhşətli hadisələrin qurbanları çox zaman günahsız insanlar olur. Digər tərəfdən terror bütün bəşəriyyət üçün təhlükə və təhdiddir. Odur ki, terrorla mübarizə bir ölkənin, yaxud bir bölgənin deyil, bütün bəşəriyyətin problemidir.
Martın 22-də "Crocus City Hall" konsert zalında törədilmiş terror aktında da aralarında azyaşlıların olduğu xeyli sayda günahsız insan həlak oldu. Gözlərini qan bürümüş terrorçular uşaqları, gəncləri, yaşlıları atəşə tutdular. Neçə-neçə insanı həyatdan qopardılar. Yenə neçə-neçə insanın arzuları yarımçıq qaldı, ümidləri məhv oldu.
Rusiyanın paytaxtında - Moskvada baş verən bu dəhşətli hadisədən böyük təəssüf hissi keçiririk. Dinc insanların faciəsinə səbəb olanları, terrora, terrorçulara dəstək verənləri şiddətlə qınayırıq. Çünki Azərbaycan xalqı terrorizm bəlasından ən çox zərərçəkəndir. Əzəli torpaqlarımıza XIX əsrdə köçmüş ermənilərin bu yerlərdə yerləşmələri, ərazilərimizdə özlərinə yoxdan dövlət qurmaları xalqımızı böyük bəlalara saldı. Ona görə ki, xislətində məkr, hiylə, özgənin olanlara utanmadan, çəkinmədən yiyələnmək meyli olan ermənilərin iddiaları bitmədi. Özlərinə tarix uydurdular. Heç zaman mövcud olmamış və olmayacaq "böyük Ermənistan" xülyası ilə dəhşətli planlar qurdular, terror təşkilatları yaratdılar, amansız, qəddar terrorçular yetişdirdilər. Hər fürsətdən yararlanmağa, Azərbaycan xalqına ağır zərbələr vurmağa çalışdılar. Təəssüf ki, məqsədlərinə çatdıqları az olmadı...
Təşkilatlanmış, xüsusi tapşırıq və plan üzrə hərəkət edən erməni terrorçularının hədəflərində həm Azərbaycanın ayrı-ayrı görkəmli şəxsiyyətlərini qətlə yetirmək, həm də kütləvi qırğınlar törətmək vardı. Behbud ağa Cavanşir, Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi böyük şəxsiyyətlərimiz erməni terrorunun qurbanı oldular.
Tarixin müxtəlif dönəmlərində kütləvi şəkildə silahlandırılmış qəddar ermənilər yerli əhaliyə qarşı geniş hücuma keçdilər. 1905-1907-ci illərdə, 1918-ci ildə Azərbaycan ərazilərində - Bakıda, Qubada, Şamaxıda, İrəvanda, Naxçıvanda, Qarabağ bölgəsində və digər yerlərdə azğınlaşmış ermənilər minlərlə insanı yalnız azərbaycanlı olduğu üçün dəhşətli işgəncələr verərək qətlə yetirdilər, yaxud şikəst etdilər. Vəhşiləşmiş ermənilərin törətdikləri kütləvi qırğınlar, soyqırımları zamanı şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz yandırıldı, yurdlarımız viranə qoyuldu, yerlə yeksan edildi. Bütün üzvləri öldürülən, ocaqları birdəfəlik söndürülən azərbaycanlı ailələr oldu.
Ermənilər yurdundan sığınacaq aldıqları, süfrəsindən çörək kəsdikləri Azərbaycan xalqına düşmən kəsildilər. Terrorçu, işğalçı daşnakların xalqımıza qarşı kin-küdurətləri, düşmənçiliyi bitmədi. Ancaq tarixin təkəri onların istəklərinə uyğun fırlanmayanda maskalanmağı, rollarını dəyişməyi də yaxşı bacardılar. Canında, ruhunda sülhpərvərlik, humanistlik olan və pislərin də bir gün yaxşıya, düşmənlərin də nə vaxtsa dosta çevrilə biləcəklərinə inanan xalqımız isə hər dəfə onları xeyirxahlıqla, mehribanlıqla qarşıladı. Keçmiş unudulmuş kimi göründü. Hər halda Azərbaycan xalqı ədavət aparmadı, haqq-hesab istəmədi.
Yenə ölkəmizin ən gözəl yerlərində, ən rahat evlərində ermənilər yaşadılar. Sonrakı illərdə baş verən dəhşətli hadisələr təsdiq etdi ki, "ASALA", "Daşnaksütyun" və digər terror təşkilatlarının buyruğu ilə hərəkət edən ermənilər, əslində, fürsət gözləyirmişlər. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində baş verən siyasi hadisələr zamanı gözlədiyi məqamın gəldiyini düşünən qəddar düşmən hərəkətə keçdi. Hər vasitə ilə Azərbaycana, azərbaycanlılara zərbə vurmağa çalışdılar. Qərbi Azərbaycanda qətllər, qarətlər törətdilər, nəhayət, azərbaycanlıları doğma yurdlarından, evlərindən tamamilə qovdular. Qarabağa, Şərqi Zəngəzura müharibə odu saldılar. Minlərlə dinc, günahsız azərbaycanlıya dəhşətli, ağlasığmaz əzablar verərək öldürdülər. Xocalıda, Ağdabanda, Ballıqayada, Başlıbeldə soyqırımları törətdilər.
Terrorçu ermənilər tərəfindən 1994-cü il martın 19-da Bakıda dinc əhaliyə qarşı terror aktı həyata keçirildi. Metropolitenin "20 Yanvar" stansiyasında baş vermiş partlayış zamanı 14 nəfər həyatını itirdi, 42 nəfər isə ağır dərəcəli bədən xəsarətləri aldı. Aparılan istintaq-məhkəmə araşdırmaları təsdiq etdi ki, həmin dəhşətli cinayətdə Ermənistanın xüsusi xidmət orqanlarının əli var.
Həmin il iyulun 3-də Bakı metrosunun "28 May" və "Gənclik" stansiyalarının arasında qatarda törədilmiş partlayış nəticəsində isə 13 nəfər həlak oldu, 42 nəfər yaralandı. Bu terror hadisəsinin də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyi Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirildi.
Terroru dövlət siyasətinə çevirən Ermənistan 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan xalqına qarşı qanlı hadisələr törətdi. Ermənistan silahlı qüvvələri dəfələrlə Gəncə, Tərtər, Bərdə, Beyləqan, Mingəçevir və digər yaşayış məntəqələrimizi ağır artilleriya və raketlərdən atəşə tutaraq dinc sakinləri öldürdülər, yaxud əlil qoydular.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini otuz ilə yaxın işğal altında saxladığı dövrdə də, Vətən müharibəsi başa çatdıqdan sonra da Ermənistan terrorçuluğundan əl çəkmədi. Ərazilərimizdən 2021-ci il Ermənistan istehsalı olan xeyli sayda minaların aşkarlanması da bunu sübut edir. 
Azərbaycanlılara qarşı həyata keçirilən mina terrorunun bəlaları təəssüf ki, bu gün də bitməyib. Ermənistan ərazilərimizdə basdırdığı minaların dəqiq xəritəsini verməkdən boyun qaçırır. İşğalçı ölkənin mina terroru nəticəsində hələ də dinc, günahsız insanlar həlak və ya şikəst olurlar.
Faktlar, həm də dəhşətli, insanlığa sığmayan faktlar göz önündədir. Ancaq beynəlxalq ictimaiyyət Ermənistanın həyata keçirdiyi bu terror aktlarına hələ də susur, cinayətkar cəzasız qalır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video