30 Avqust 2022 00:41
1469
ELANLAR
A- A+
"Təmiz Şəhər" ASC Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində bərk məişət tullantılarının yükləmə-boşaltma məntəqəsi və çeşidləmə xəttinin tikinti-quraşdırma işlərinin satın alınması ilə əlaqədar açıq tender elan edir

"Təmiz Şəhər" ASC Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində bərk məişət tullantılarının yükləmə-boşaltma məntəqəsi və çeşidləmə xəttinin tikinti-quraşdırma işlərinin satın alınması ilə əlaqədar açıq tender elan edir

 

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində bərk məişət tullantılarının yükləmə-boşaltma məntəqəsi və çeşidləmə xəttinin tikinti-quraşdırma işlərinin satın alınması. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu "Təmiz Şəhər" ASC Bakı şəhəri, Xocalı prospekti, 55 ünvanında yerləşən ofisindən əldə edə bilərlər. Əlaqələndirici şəxs - Tural Qüdrətov, telefon (012) - 464 41 11.
İştirak haqqı 1500 manat. 
AZN hesabı 
Benefisiarın adı: Dövlət Xəzinədarlığı Agentliyi 
Hesab nömrəsi: AZ07CTRE00000000000004587901 
SWIFT: CTREAZ22 
VÖEN: 1401555071 
Kod: 210005 
Müxbir hesabı: AZ41NABZ01360100000000003944 
Xəzinə hesab-kitabın (XHK) nömrəsi: 4587901 
Fond: 7 İqtisadi təsnifat kodu: 142340 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
* tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
* tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); 
* tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədəolma müddəti tender təklifinin qüvvədəolma müddətindən 30 bank günü çox olmalıdır); 
* Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
* iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
* iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
* iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin notarial qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri; 
* satınalma müqaviləsinin icrasını təmin etmək üçün zəruri təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
- iddiaçının son 3 (üç) il ərzində analoji müqavilələr üzrə iş təcrübəsini təsdiq edən sənədlər; 
* texniki imkanlar barədə məlumat; 
* icra edilmiş müqavilələrin surətləri; 
* görülmüş işlərin təhvil-təslim aktları; 
* tövsiyə məktubları; 
* öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması; 
* müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; 
* Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması; 
* satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; 
* müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazəyə malik olması; 
* tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd; 
* müqavilə üzrə işlərin icrasına cəlb ediləcək subpodratçılar (konkret subpodratçının adı göstərilməklə) barədə satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər; 
* iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərindən hansına aid olması ilə bağlı məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21.09.2022 -ci il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29.09.2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Xocalı pr., 55, AZ1025 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 30.09.2022-ci il saat 16:00-da Bakı şəhəri, Xocalı pr., 55, AZ1025 ünvanında otaq № 1-də (iclas otağı) aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.    

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!