24 Noyabr 2023 22:16
1144
Elm və texnika
A- A+

Təhsilin İnkişafı Fondunun Türkiyənin texnoparkları ilə əməkdaşlıq perspektivləri müzakirə edilib  

 

Təhsilin İnkişafı Fondunun nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Fonddan AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi innovasiya ekosisteminin qurulması, universitet-sənaye tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası mövzularına dair məlumat və mübadilə proqramının həyata keçirilməsidir.

Səfər çərçivəsində Fondun nümayəndələri Teknopark İstanbul, TÜBİTAK Mərmərə Araşdırmalar Mərkəzi (MAM), Türkiyə Qida İnnovasiya Platforması (TUGİP), TUBİTAK BİLGEM, İNNOFOOD, YTÜ Yıldız Teknopark və digər qurumların rəhbərləri ilə görüşlər keçiriblər.

Görüşlər zamanı texnoparkların hədəfləri, fəaliyyət istiqamətləri, həyata keçirdikləri yerli və beynəlxalq layihələr, beynəlxalq əməkdaşlıqları haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda, texnoparklara aid tədqiqat və inkişaf mərkəzləri, startap inkubatorları, emalatxanalar və laboratoriyalarla tanışlıq baş tutub.

Gələcəkdə Təhsilin İnkişafı Fondunun Teknopark İstanbul, TÜBİTAK MAM və YTÜ Yıldız Teknopark arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video