09 Noyabr 2025 08:30
631
İQTİSADİYYAT
A- A+
Təbii sərvətlər iqtisadi inkişafa, iqtisadi inkişaf xalqın rifahına xidmət edir

Təbii sərvətlər iqtisadi inkişafa, iqtisadi inkişaf xalqın rifahına xidmət edir


Xoşbəxt o xalqdır ki, vətəninin yeraltı və yerüstü sərvətləri onun bugünkü xoş güzəranına və daha işıqlı sabahına xidmət edir. Azərbaycan dövləti öz əməli fəaliyyətində, həyata keçirdiyi islahatlarda bu məqsədi rəhbər tutur. Bu, Konstitusiyamızda da öz aydın əksini tapıb, yəni əsas qanunumuzda  bir sıra maddələrlə təsbit olunub.   

Azərbaycan Respublikası Konstitusiyasının ikiinci fəslinin bir-birini tamamlayan iki maddəsini - 14-cü və 15-ci maddələri misal gətirək. "Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur". Bu, 14-cü maddədir. Növbəti maddədə isə deyilir: "Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir".

Təbii ehtiyatlarımızdan söz düşəndə, ilk növbədə, neft-qaz sərvətlərimiz yada düşür. Prezident İlham Əliyevin təbirincə desək, "bu, Tanrıdan verilən vəsilədir. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, "yaşıl gündəlik"lə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik". Dövlətimizin başçısı həmçinin demişdir: "Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır".

Azərbaycan artıq öz enerji təhlükəsizliyini təmin edib və bu istiqamətdə bir sıra digər ölkələrə də dəstək verir. Dövlətimiz neft, qaz və ixrac  layihələrinin  reallaşması nəticəsində əldə olunan gəlirlərdən səmərəli şəkildə istifadə edərək digər sahələrdə mühüm işlər həyata keçirir, dünyanın hər yerinə yollar çəkir, dəhlizlər açır, körpülər salır. Ən önəmlisi də budur ki, ölkəmizdə neft kapitalı insan kapitalına çevrilib. 

Təəssüf ki, təbiətin bizə böyük səxavətlə bəxş etdiyi bu sərvətdən əsrlər boyu lazımınca faydalana bilməmişik. Bu, yalnız ölkəmiz  müstəqilliyini bərpa etdikdən sonra mümkün olub.

Azərbaycanın adı  keçmiş zamanlardan dünya tarixinə neftin vətəni kimi həkk  edilib. İlk dəfə sənaye üsulu ilə neft 1846-cı ildə məhz Bakıda çıxarılıb. Əlbəttə, o zaman belə bir sərvət böyük ölkələrin iri kapitalistlərinin diqqətini çəkməyə bilməzdi. Odur ki, həmin dövrlərdə neft maqnatları Azərbaycana axışıblar. Nobellər, Mantaşevlər, Rotşildlər torpağımızın qara qızıl "qan"ını sovurub aparmaq üçün özlərini oda-közə vurublar. Sovet dönəmində  də Azərbaycanda böyük həcmdə neft çıxarılıb. Lakin keçmiş SSRİ-nin planlı təsərrüfatı, ittifaqa daxil olan bütün respublikaların ümumi büdcədən eyni dərəcədə faydalanmasına əsaslanan qaydaları  bu  sərvətdən xalqımızın lazımınca bəhrələnməsinə imkan verməyib.

Müstəqilliyini bərpa etdikdən sonra  isə ilk  illər  Azərbaycan üçün çətin keçdi. Ölkəni idarə edənlərin məsuliyyətsizliyi və səriştəsizliyi ucbatından neft-qaz sənayesi də tənəzzülə uğradı. Dönüş yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra baş verdi. 1994-cü ildə dünyanın ən tanınmış neft şirkətləri ilə "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi üçün saziş imzalandı. Azərbaycan iqtisadiyyatının "qəddini düzəldən", ölkənin gələcək inkişafına təkan verən bu möhtəşəm kontrakt "Əsrin müqaviləsi" adını aldı. "Əsrin müqaviləsi" ölkəmizin yeni neft-qaz strategiyasının əsasını qoydu və təsdiqlədi ki, müstəqil Azərbaycanın xalqı suveren hüquqlara malikdir və öz sərvətinin sahibidir.

Yeni neft strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev o zaman  uzaqgörənliklə demişdir: "Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün əsas amildir". Bu sərvətlərin ali məqsədlərə yönəldilməsi üçün Ulu Öndər  "Əsrin müqaviləsi" imzalandıqdan 5 il sonra - 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunu (ARDNF) yaratmışdır.

Çıxışlarının birində Ümummilli Lider bu məsələni belə şərh etmişdir: "Sual olunur nə üçün Azərbaycan, Bakı dünyanın neft və qaz mərkəzlərindən biri kimi indiyədək bugünkü qədər tanınmamışdı? Səbəbi ondan ibarətdir ki, birincisi, Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdir və dünya birliyində özünə yer tutan müstəqil dövlət kimi təbii sərvətlərinin sahibi olmuşdur, onlardan istifadə edilməsi üçün lazımi yeni  tədbirlər görməyə başlamışdır. İkincisi, ondan ibarətdir ki, müstəqil Azərbaycan, onun dövləti öz iqtisadiyyatını inkişaf etdirmək və böyük təbii  sərvətlərindən, xüsusən neft və qaz sərvətlərindən istifadə etmək üçün yeni neft  strategiyası işləyib  hazırlamış və onu həyata keçirməyə başlamışdır".

Prezident İlham Əliyev də bu barədə çox dəqiq və dəyərli fikir söyləmişdir: "Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Əgər biz o vaxt müstəqil ölkə  olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik".

Müstəqilliyimizin bəhrəsi olan qlobal layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri artıq regionun neft ixracı arteriyasına çevrilib, Öz yaradıcısının - Heydər Əliyevin adını şərəflə daşıyan BTC neçə-neçə yeni layihəyə yol açıb. Prezident İlham Əliyev Azərbaycanın neft-qaz strategiyasını uğurla davam etdirərək və günün tələbləri baxımından inkişaf etdirərək ölkəmizi yeni zirvələrə çatdırıb. Azərbaycan "Cənub qaz dəhlizi" kimi nəhəng bir layihənin reallaşmasının təşəbbüskarı və lideri kimi çıxış edib, onu müvəffəqiyyətlə yekunlaşdırıb. İndi ölkəmiz Pan-Avropa qaz təchizatçısı imicini qazanıb. 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvü olmaqla 14 ölkəyə qaz ixrac edirik və onların sayının artacağı da istisna deyil. Ən başlıcası isə "Cənub qaz dəhlizi" qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm amil olacaq. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanın təbii resursları xalqımızın milli maraqlarına xidmət edir.

Neftdən əldə olunan gəlirlər, o cümlədən Azərbaycan Ordusunun gücünü, qüdrətini artırıb, silah-sursatla təchizatını yüksək səviyyəyə çatdırıb. Dövlət başçısı bu barədə belə demişdir: "Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir".

Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı apardığı müharibədə, düşmən tapdağında olan torpaqlarımızı azad etmək üçün döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıq, qazanılan böyük qələbə deyilənlərin əyani təsdiqidir. Bu gün Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu var. Neft gəlirləri, eləcə də ölkə qarşısında dayanan digər ümdə problemlərin həllinə, təhsilin, səhiyyənin inkişafına, infrastrukturun təkmilləşdirilməsinə, geniş quruculuq işlərinə və s. yönəldilir. Təsadüfi deyil ki, ölkəmizin sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən dönə-dönə etiraf olunur. Azərbaycanın adı həmin qurumların reytinq cədvəllərində ildən-ilə daha irəliyə çəkilir. 

Dövlət başçısı bunları belə vurğulayır: "Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir".

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!