27 Noyabr 2025 16:33
440
SİYASƏT
A- A+
TDT-nin Media Forumu çərçivəsində artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar müzakirə edilib YENİLƏNİB  

TDT-nin Media Forumu çərçivəsində artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar müzakirə edilib YENİLƏNİB  


Noyabrın 27-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib.

AZƏRTAC xəbər verir ki, türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən forumun panel müzakirəsinə “AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev moderatorluq edib.

Paneldə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, media yarandığı gündən təhdidlər və təqiblərlə birgə formalaşıb. Medianın peşəkarlığı bu təhdidlər şəraitində böyüməsi və sağ qalmasıdır. O qeyd edib ki, süni intellekt əsaslı feyk xəbərlərin çoxalması medianın fəaliyyətində təhdidedici amillərdən biridir.

N.Məmmədli diqqətə çatdırıb ki, son illər ölkəmizin informasiya məkanına olan çoxsaylı təhdidlərin qarşısını almaq üçün hüquqi müstəvidə işlər yekunlaşıb: “Media haqqında” Qanun informasiya məkanının qorunması üçün hüquqi qalxan rolunu oynayır. Biz bunun ilkin təzahürlərini görürük. İnsanların texnoloji bilikləri artdıqca və media savadlılığı yüksəldikcə onların təbliğatın təsirinə düşməsinin qarşısı alınır. Biz cəmiyyətin media savadlılığının artırılmasına xüsusi önəm veririk ki, yalan, feyk xəbərlərin təsirinə düşməsin. İnsanlar medianın məlumatına etibar etməlidirlər. Biz dünyada bu sahədə ciddi problemlər görürük. Media özünəinamı geri qaytarmalıdır. Eyni zamanda, yeniliklərə açıq olmalıdır”, - deyə o əlavə edib.

Qazaxıstan Respublikasının “Xabar” Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov bildirib ki, dezinformasiyanın yayılmasının əsas məqsədi cəmiyyətdə formalaşan fikir və rəylərə təsir göstərmək, ictimai qavrayışı manipulyasiya etməkdir.

“Feyk məlumatlarla bağlı konkret bir misal çəkmək istəyirəm. Bu yaxınlarda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ-a səfər edib və orada ABŞ tərəfi ilə, o cümlədən Prezident Donald Trampla çox vacib sənədlər imzalayıb. Biz hər saat operativ şəkildə məlumat yayırdıq. Lakin təxminən 3-4 saat sonra sosial şəbəkələrdə bizim adımızdan yayılan saxta məlumatlar ortaya çıxmağa başladı. Ardınca ölkə başçısının Rusiyaya səfəri oldu və eyni şəkildə yenidən feyk xəbərlərin yayılmasının şahidi olduq. Bu, ilkin mənbədən götürülmüş məlumatların necə saxtalaşdırıldığına dair açıq bir nümunədir”, - deyə Dauletxan Jiyenkulov qeyd edib.

O sonda əlavə edib ki, ümumiyyətlə, dezinformasiya olduqca təhlükəli bir vəziyyətdir və dövlətlərin informasiya təhlükəsizliyinə, ictimai sabitliyinə və qərarvermə proseslərinə ciddi təsir göstərir.

Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratovanın fikrincə, media savadlılığı düzgün məlumatı yanlışdan ayırmaqla məhdudlaşmır. Buraya, həmçinin biz nəyi yayırıq, tənqid əsasında düşünə bilirikmi, məlumatı bizə təqdim edilən şəkildə uduruq, yoxsa başqa tərəfdən yanaşırıq kimi məsələlər də daxildir. İnformasiyanı həzm etməyi bacarmaq lazımdır. O bildirib ki, bu gün rəqəmsal media savadlılığı, süni intellektin təsiri və informasiya təhlükəsizliyi xüsusi önəm daşıyır. Məhz buna görə də TDT-nin işçi qrupu media savadlılığının artırılmasını öz fəaliyyət planına daxil edib. Bu addım heç də təsadüfi deyil və müasir informasiya mühitinin çağırışlarına cavab verir.

“Qırğızıstanda feyk məlumatlardan qorunmaq haqqında qanun var. Bu sənəd artıq üç ildir qüvvədədir. İnformasiya agentliyi hansısa şəxsin şərəf və ləyaqətini pozursa, onlar aidiyyəti üzrə səlahiyyətli quruma müraciət edə bilərlər. Bizim həmin məlumatı iki ay ərzinədək bloklamaq səlahiyyətimiz var, əgər bu agentlik dövlətdə qeydiyyatdan keçibsə. Amma feysbuk, instaqram kimi sosial şəbəkələrdən söhbət gedirsə, bizim bu sahədə mexanizmimiz yoxdur”, - deyə Zarina Kalmuratova əlavə edib.

Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir deyib ki, bəzən saxta xəbərlər və manipulyativ məlumatlar yalnız gündəlik informasiya axınında deyil, hətta müxtəlif “komplo nəzəriyyələrinin” yazılmasında da istifadə olunur. Bu gün informasiya dövrü elə bir mərhələyə gəlib çatıb ki, artıq peyk və kosmik texnologiyalar media ekosisteminin ayrılmaz hissəsinə çevrilib.

“Siz çox yaxşı media ekosistemi qura, yüksək peşəkar jurnalistlər yetişdirə bilərsiniz, lakin əgər kosmosda, yəni, peyk texnologiyalarında mövcud deyilsinizsə, təəssüf ki, Yer üzərində də tam güclü informasiya mövqeyinə sahib ola bilməzsiniz. Hazırkı şəraitdə peyk texnologiyalarının media sahəsinə təsiri son dərəcə böyükdür. Bu gün süni intellekt texnologiyaları ilə peyk infrastrukturunun inkişafı eyni səviyyədə irəliləyir. Əgər biz kosmos müstəvisində rəqabət qabiliyyətinə sahib deyiliksə, yayımladığımız xəbərlər də, qurduğumuz bağlantılar da öz əhəmiyyətini itirə bilər. Bu böyük dəyişikliyə uyğunlaşmaq üçün, ilk növbədə, yerli potensialın gücləndirilməsi əsas şərtdir”, - deyə Alptekin Cihangir İşbilir vurğulayıb.

Müşavirin sözlərinə görə, media hər bir ölkə üçün son dərəcə strateji sahədir. Dövlətlərin fikirlərini, mövqelərini, dünyaya mesajlarını çatdıran məhz mediadır. Buna görə də həm texnoloji, həm peşəkar, həm də institusional baxımdan güclü media ekosistemi formalaşdırmaq milli təhlükəsizlik məsələsinə çevrilib.

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı isə fikirlərini bu cür ifadə edib: “Bizim dövlətimiz 40 ildir mövcuddur və müxtəlif təşkilatlarda təmsil olunmuşuq. Tarixə nəzər salsaq deyə bilərik ki, yanlış informasiya, əslində, hər birimizin üzləşdiyi problemə çevrilib. Təşkilata üzv olduqdan sonra özümüzü daha güclü hiss etdik. Biz bu təşkilat vasitəsilə daha güclü ola bilərik. Türk dünyası üçün çox işlər görə bilərik. Biz hələ istədiyimiz səviyyəyə çatmamışıq”.

Müzakirələr zamanı iştirakçılar qlobal informasiya risklərinin sürətlə artması, dezinformasiya kampaniyalarının sərhədləri aşan şəkildə yayılması fonunda türk dövlətlərinin media ekosistemində dayanıqlılığın gücləndirilməsinin strateji zərurətə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, müasir informasiya mühitində məlumatın etibarlılığının qiymətləndirilməsi, tənqidi düşünmə və analitik bacarıqların artırılması, rəqəmsal media tendensiyalarının operativ şəkildə mənimsənilməsi, eləcə də türk dövlətləri üzrə davamlı və təhlükəsiz media ekosisteminin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Diqqətə çatdırılıb ki, ortaq tarixi-mədəni bağlara malik türk dövlətləri arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, vahid media standartlarının formalaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi müasir çağırışlara adekvat reaksiya verilməsi baxımından xüsusilə vacibdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

Avropada dizel yanacağı fyuçersləri 2022-ci ildən bəri ən yüksək səviyyədədir  

16:49
02 Aprel

Ədliyyə Nazirliyi: “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramını həyata keçirməsi üçün lazımi şərait yaradılacaq  

16:44
02 Aprel

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Avropada təbii qaz qiymətləri kəskin artıb

16:37
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!