28 Fevral 2026 13:49
215
SİYASƏT
A- A+
TDT Baş katibi: Türk regionu Avropa və Asiyanı birləşdirən strateji körpü rolunu oynayır  

TDT Baş katibi: Türk regionu Avropa və Asiyanı birləşdirən strateji körpü rolunu oynayır  


Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Litvanın paytaxtı Vilnüsdə yerləşən Geosiyasət və Təhlükəsizlik Araşdırmaları Mərkəzində təşkil olunan və həmin mərkəzin Baş siyasət analitiki səfir Vitautas Leşkeviçusun moderatoruq etdiyi “Türk Dövlətləri Təşkilatı vasitəsilə əməkdaşlıq və bağlantıların gücləndirilməsi — Türk dövlətləri ilə Baltikyanı region arasında daha yaxın əlaqələr üçün imkanlar” adlı beynəlxalq panel müzakirəsində iştirak edib.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocaman, TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq əlaqələr üzrə komissiyasının üzvü və Milli Məclisin deputatı Cavanşir Feyziyev, həmçinin Litva xarici işlər nazirinin müavini Taurimas Valis də müzakirələrdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, TDT-nin, həmçinin ölkədə fəaliyyət göstərən digər türk dövlətləri təşkilatlarının təşviqi, Baltikyanı region ilə türk dövlətləri arasındakı əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi mövzuları ətrafında müzakirələr aparılıb.

Baş katib Ramil Həsən çıxışında Baltikyanı ölkələrin uzun müddətdir regionları birləşdirən körpü rolunu oynadığını və bu əlaqəliliyin regional əməkdaşlığı gücləndirdiyini vurğulayıb. O, TDT-nin Baltikyanı ölkələri ilə əlaqələrin inkişaf etdirilməsində əsas amillərdən biri olaraq türk dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu qeyd edib.

Ramil Həsən, həmçinin Azərbaycan və Qazaxıstanın TDT-nin üzvləri olaraq, Türkiyə vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Bu kontekstdə, o, türk regionunun unikal mövqeyinə görə Avropa və Asiyanı birləşdirən körpü rolunu oynadığını, bazarları və nəqliyyat dəhlizlərini birləşdirdiyini və strateji əhəmiyyətli regionda sabitliyin təminatçısı olduğunu diqqətə çatdırıb.

Son hadisələrə istinad edən TÜRKPA-nın Baş katibi Azərbaycan və Ermənistan arasında münasibətlərin indiki mərhələsini, o cümlədən sülh sazişi üzrə ilkin razılaşma prosesinin tamamlanmasını vurğulayıb. İki ölkə arasında əlaqələrin yaxşılaşdırılması kontekstində o, regionda formalaşan iqtisadi və enerji təşəbbüslərinin Cənubi Qafqaz, Baltik ölkələri və Avropa İttifaqı üzrə yeni inkişaf və əməkdaşlıq imkanları yaratdığını qeyd edib.

Ramil Həsən xüsusi olaraq Avropadakı ən iri infrastruktur layihələrindən biri olan “Baltik dəmiryolu” (Rail Baltica) layihəsini qeyd edərək, layihənin Baltik regionunun strateji qapı rolunu gücləndirdiyini və Avropa nəqliyyat şəbəkələrini Avrasiya dəhlizləri ilə birləşdirmək üçün imkanlar yaratdığını diqqətə çatdırıb. O, TÜRKPA-nın bu əməkdaşlığı yüksək qiymətləndirdiyini və regionda formalaşan yeni geosiyasi və iqtisadi reallıqlara uyğun olaraq onu gücləndirməyi hədəflədiyini bildirib.

Çıxışının sonunda, Baş katib TURKPA-nın model qanunlarının qəbul edilməsi barədə məlumat verərək, onların qanunvericiliyin uyğunlaşdırılmasına töhfə verdiyini və razılaşdırılmış sənədlərin ratifikasiya olunmuş hüquqi aktlara çevrilməsinin əməkdaşlığın sürətləndirilməsi və türk dövlətləri arasında effektiv iqtisadi inteqrasiya və enerji əlaqəliliyinin təmin edilməsi üçün zəruri çərçivənin yaradılmasında katalizator rolunu oynadığını vurğulayıb. Cənab Ramil Həsən TÜRKPA-nın ATƏT Parlament Assambleyası kimi təşkilatlarla əməkdaşlıq etdikcə, onun Baltik Assambleyası ilə tərəfdaşlığı yeni səviyyəyə qalxacağını və birgə layihələrin gələcəkdə əhəmiyyətli faydalar gətirəcəyinə inandığını bildirib.

Tədbirdə Baş katibi Protokol xidmətinin müdiri Yadigar Məmmədov müşayiət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran vətəndaşlarının Türkiyəyə qanunsuz giriş etdiyi barədə paylaşımlar dezinformasiyadır  

15:44
28 Fevral

Rusiyanın İrandakı səfirliyi RF vətəndaşlarını imkan daxilində bu ölkəni tərk etməyə çağırıb  

15:43
28 Fevral

Kaya Kallas: İran rejiminin ballistik raket və nüvə proqramları qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır  

15:42
28 Fevral

İran XİN bəyanat yaydı

15:41
28 Fevral

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb – YENİLƏNİB

15:38
28 Fevral

Əbu-Dabi–Bakı marşrutu üzrə həyata keçirilən aviareys geri qayıdıb

14:37
28 Fevral

Naxçıvanda qar örtüyünün hündürlüyü 1 metri ötüb 

14:36
28 Fevral

İran bombardmanlara cavab verir

14:08
28 Fevral

Hakimlərin Qiymətləndirilməsi Komitəsinə üzvlər seçilib

13:51
28 Fevral

TDT Baş katibi: Türk regionu Avropa və Asiyanı birləşdirən strateji körpü rolunu oynayır  

13:49
28 Fevral

Martın 1-nə gözlənilən hava şəraiti açıqlanıb

13:32
28 Fevral

Regiondakı ABŞ hərbi bazaları yaxınlığında partlayış səsləri eşidilir

13:29
28 Fevral

Netanyahu İranla bağlı bəyanat yayıb

13:24
28 Fevral

Bəhreyndə partlayış səsləri eşidilib

13:22
28 Fevral

Azərbaycan nefti cüzi ucuzlaşıb

12:55
28 Fevral

Heydər Əliyev Beynəlxalq Aeroportu iki beynəlxalq reysi ehtiyat hava limanı kimi qəbul edib

12:54
28 Fevral

AZAL-ın Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən geri qayıdıb

12:53
28 Fevral

Fariz İsmayılzadə: ADA Universiteti olaraq yeni kadrların cəlb olunmasında maraqlıyıq

12:51
28 Fevral

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

12:49
28 Fevral

Azərbaycan İrandakı vətəndaşlarını təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb

12:48
28 Fevral

İranın Tehran, İsfahan, Kirmanşah, Qum, Kərəc şəhərlərində partlayış səsləri eşidilib

12:21
28 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!