02 May 2024 12:54
247
İQTİSADİYYAT
A- A+

Tbilisidə Asiya İnkişaf Bankının 57-ci illik toplantısı öz işinə başlayıb  

 

Bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, mayın 5-dək davam edəcək toplantıda üzv ölkələrdən nazirlər, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, maliyyə təşkilatlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Azərbaycanın maliyyə naziri, AİB-in Rəhbərlər Şurasının üzvü Samir Şərifov da tədbirdə iştirak edir.

"Gələcəyə körpü" devizi altında keçirilən toplantının iştirakçıları iqlim dəyişikliyi, süni intellekt və yaşıl enerji də daxil olmaqla Asiya və Sakit okean regionunun üzləşdiyi əsas inkişaf məsələlərini araşdıracaqlar.

Gürcüstan ilk dəfədir ki, AİB Rəhbərlər Şurasının İllik Toplantısına ev sahibliyi edir. İllik toplantı çərçivəsində müxtəlif tədbirlər, seminarlar, təqdimatlar keçiriləcək.

Qeyd edək ki, 1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. Azərbaycan 1999-cu ildə banka üzv olub. AİB-in 48-ci illik toplantısı 2015-ci ildə Bakıda keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video