25 Oktyabr 2025 08:15
775
SİYASƏT
A- A+
Tarixi Qələbənin parlaq nümunəsi

Tarixi Qələbənin parlaq nümunəsi


Vətən müharibəsi zamanı strateji əhəmiyyətə malik əməliyyatlar sırasında Qubadlı rayonunun azad edilməsi xüsusi yer tutur. Qubadlı əməliyyatı İkinci Qarabağ müharibəsinin ən gərgin və həlledici döyüşlərindən biri olub. 2020-ci il oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək Qubadlı şəhərini və ətraf kəndləri düşmən işğalından azad etdi. Bu azadlıq böyük Qələbəyə aparan yolun mühüm mərhələsi idi.

Qubadlının azad edilməsi uğrunda aparılan əməliyyat bir neçə gün davam etmiş, düşmənin möhkəmləndirilmiş müdafiə xəttini yarmaq üçün şiddətli döyüşlər getmişdir. Şəhərdə ermənilər güclü istehkamlar qurmuş, strateji yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdilər. Buna görə də Qubadlını azad etmək üçün ilk növbədə həmin yüksəkliklər ələ keçirilməli idi, çünki düşmən bu mövqelərdən ordumuzun irəliləyişinə mane olurdu. Qəhrəman Azərbaycan əsgərləri yüksək peşəkarlıq, mərdlik və fədakarlıq nümayiş etdirərək strateji yüksəklikləri ələ keçirdi və bununla da şəhərin azad edilməsinə yol açdı. Ətraf kəndlər, o cümlədən Xanlıq, Padar və Sarıyataq kəndlərinin azad edilməsi ilə Azərbaycan Ordusu Qubadlı istiqamətində strateji üstünlüyə nail oldu. Strateji yüksəkliklərin ələ keçirilməsindən sonra 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini tam olaraq düşməndən təmizlədi. Bu tarixi qələbə ümumi Zəfərə aparan yolun mühüm mərhələsini təşkil etdi və Azərbaycan Ordusunun şücaəti sayəsində Böyük Qələbəni daha da yaxınlaşdırdı.

Qubadlının azad edilməsi, eyni zamanda Ermənistanın illərlə həyata keçirdiyi vandallıq və hərbi cinayətlərin miqyasını da üzə çıxardı. Məlum oldu ki, ermənilər Xanlıq kəndində hərbi istehkamlar və baza qurmuş, həmçinin xaricdən gətirilən ermənilər üçün qəsəbə salmışdılar. Bu faktlar bir daha göstərdi ki, düşmən işğal etdiyi torpaqlarda məskunlaşma siyasəti həyata keçirərək beynəlxalq hüququ kobud şəkildə pozmuşdur. Belə əməllər müharibə cinayəti sayılır və Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Ermənistan da bu cinayət əməllərinə görə mütləq cavab verməlidir.

Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri və rayonun 41 kəndi yenidən qurulur, bərpa-quruculuq işləri bütün ərazilərdə sürətlə aparılır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər bölgələrdə olduğu kimi, Qubadlıya səfərləri də önəmli təməlqoyma və açılış mərasimləri ilə əlamətdardır və bu, rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsətlə davam etdiyini göstərir. Həyata keçirilən bütün tədbirlər isə yalnız bir məqsədə xidmət edir - keçmiş məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilməsi üçün lazımi şərait yaratmaq. Rayonun gələcək inkişafını təmin etmək üçün enerji infrastrukturunun gücləndirilməsi də diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci ilin 9 sentyabr tarixində  "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.  İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. Hazırda 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı müəyyənləşdirilir. 2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının açılışı olmuşdur. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl" yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli "Qubadlı-1", "Qubadlı-2" elektrik verilişi xətti çəkilib. Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib.

Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40 hektar sahədə 190 fərdi evin tikintisi aparılır. Bu mərhələdə kəndə 836 nəfərin köçürülməsi planlaşdırılır. Eyni zamanda rayon mərkəzindən 20 kilometr uzaqlıqda, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndində də genişmiqyaslı bərpa işləri həyata keçirilir. Kəndin layihələndirilən ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi nəzərdə tutulub. Nəticədə, ilkin mərhələdə 772 nəfərin kəndə qayıdışı təmin ediləcək. Gələcəkdə isə Zilanlı kəndində 630 ailənin - yəni 2520 nəfərin daimi yaşayışı planlaşdırılır. Bu layihələr Qubadlı rayonunun sosial-iqtisadi inkişafına, həmçinin işğaldan azad edilən ərazilərdə məskunlaşmanın bərpasına mühüm töhfə verir. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev "Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrindən başlayan yeni Qubadlı-Laçın yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat vəsait ayrılıb.

Qubadlının azad edilməsi Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan hadisə kimi həm hərbi qəhrəmanlığın, həm də xalqımızın birlik və şücaətinin parlaq nümunəsi olmuşdur. Bu böyük zəfərin əldə edilməsində fərqlənən hərbi qulluqçular Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdilər. 31 iyul 2023-cü il tarixli sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilmiş və Qubadlı Şəhəri Günü hər il 25 oktyabrda qeyd edilir. Bu əlamətdar tarix Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi ilə bağlıdır. Zəfər tariximizin ən qürurverici anlarından olan Qubadlı zəfəri Azərbaycan tarixinin şərəfli səhifələrindən biri kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

 

Kamran BAYRAMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!