Tahir Məmmədov: «Eurovision»un Bakı şousu çox maraqlı olacaqdır
Ötən hər gün bizi möhtəşəm bir hadisəyə - "Eurovision-2012" mahnı müsabiqəsinə yaxınlaşdırır. Tam əminliklə deyə bilərik ki, çoxlu sayda beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etmiş, hər dəfə də xarici qonaqları, sözün yaxşı mənasında heyrətləndirməyi bacarmış Azərbaycan bu dəfə də başladığı işi böyük uğurla sona çatdıracaqdır. Bu fikirləri "Eurovision-2012" mahnı müsabiqəsinin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir MƏMMƏDOV AzərTAc-ın müxbirinə müsahibəsində davam etdirərək deyir:
- "Eurovision-2012" mahnı müsabiqəsinin ölkəmizdə çox yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhəmiz yoxdur. Bu, təkcə bizim rəyimiz deyildir. Avropa Yayımları Birliyinin uzun illər "Eurovision" mahnı müsabiqəsinə rəhbərlik edən şəxsləri, eyni zamanda, qurumun Məşvərət Qrupu layihənin icrasının bütün mərhələlərində öz fikirlərini bildirmişlər. Onlar bu qənaətdədirlər ki, layihəyə hazırlıq çox yüksək səviyyədə gedir. İnanırıq ki, proses axıradək də bu cür gedəcək və bütün Avropa auditoriyasına uğurlu bir müsabiqə təqdim edəcəyik.
- "Eurovision-2012" mahnı müsabiqəsinə dünyanın 42 ölkəsindən nümayəndələr gələcəkdir. Onların qarşılanması və yerləşdirilməsi ilə bağlı hazırlıq işləri nə yerdədir?
- Bildiyiniz kimi, "Eurovision" mahnı müsabiqəsinin çox önəmli, spesifik cəhətlərindən biri də ondan ibarətdir ki, layihədə çoxlu sayda ölkələr iştirak edir. Bakı müsabiqəsində iştirak edəcək çoxsaylı nümayəndələrin qarşılanması, yerləşdirilməsi ilə bağlı artıq bütün məsələlər öz həllini tapmışdır və "Eurovision-2012"nin qonaqlarının gəlişini səbirsizliklə gözləyirik. Bildiyiniz kimi, mayın birinci yarısından etibarən onlar Bakıya gəlməyə başlayacaqlar. İnanırıq ki, qonaqların hər biri Azərbaycana səfərindən və paytaxtımızda keçiriləcək mahnı müsabiqəsindən yüksək səviyyədə razı qalacaq.
Nümayəndə heyətləri artıq qalacaqları hotelləri də müəyyənləşdirmişlər. Şəhərimizdə xidmət göstərən çoxsaylı hotellər onlara sərbəst və geniş seçim imkanı yaratmışdır. Nümayəndələr öz istəklərinə uyğun hotellər seçmişlər. Hər bir nümayəndə heyətindən aldığımız rəy bundan ibarətdir ki, onlar seçdikləri hoteldən, Azərbaycan paytaxtındakı ab-havadan çox razıdırlar. Biz bu qəbildən rəyləri nümayəndə heyətləri rəhbərlərinin mart ayında keçirilmiş toplantısında da eşitmişik.
- 57-ci "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar bir məqam da bu şounun tarixi ənənəsi ilə bağlıdır. Əvvəlkilərdən fərqli olaraq" 2012-ci ilin musiqi yarışması Avropada deyil, Şərq ilə Qərbin qovuşduğu bir məkanda keçiriləcəkdir. Sizcə, bu baxımdan Bakı şousu özündən əvvəlkilərdən hansı keyfiyyətləri ilə fərqlənəcəkdir?
- "Eurovision" mahnı müsabiqəsinin bir özəlliyi də ondan ibarətdir ki, o, hər il məhz qalib olan ölkədə keçirilir. Mahnı müsabiqəsində həmin ölkənin mədəniyyəti, ab-havası, məişəti, xalqın milli mənəvi dəyərləri özünü göstərməlidir. Bu mənada bu il "Eurovision" müsabiqəsi özündən əvvəlkilərdən bir çox özəllikləri ilə seçiləcəkdir. Çünki "Eurovision" müsabiqəsi coğrafi ərazi olaraq Mərkəzi Avropadan çox uzağa getmişdir. Azərbaycana gələn nümayəndələr, bütün dünya auditoriyası və müsabiqənin minlərlə qonağı Mərkəzi Avropadan uzaqda, zəngin Şərq və avanqard Qərb mədəniyyətlərinin harmoniyasını təcəssüm etdirən çox müasir bir ölkədə - Azərbaycanda "Eurovision" mahnı müsabiqəsinin nə qədər rəngarəng və fərqli keçirilməsinin şahidi olacaqlar. Təbii ki, "Eurovision-2012" müsabiqəsinin bütün açılışlarında, şounun ümumi konsepsiyasında bu, özünü göstərəcəkdir. Mənə elə gəlir ki, seyrçilərdə unudulmaz təəssürat yaradan məqamların biri də məhz elə bu olacaqdır.
- "Baku Crystal Hall"da cari hazırlıq işlərinin vəziyyəti barədə nə deyə bilərsiniz?
- "Baku Crystal Hall"da işçi qrupu və prodakşn heyəti artıq öz fəaliyyətinə başlamışdır. Orada səhnə, işıq, səs və video avadanlıqlarının quraşdırılması prosesləri gedir. Burada hər şey çox sürətlə baş verir və bu işlər çox qısa bir vaxtda tamamlanacaqdır. Onu da deyim ki, texniki baxımdan həm telekommunikasiya işləri, həm audio-vizual avadanlığın quraşdırılması ən son televiziya standartları ilə həyata keçirilir. Texniki məsələlərdən çox danışmaq istəməzdim. Sözün qısası, "Eurovision" müsabiqəsinin Bakı şousu çox maraqlı olacaqdır.
Gözəl AĞAYEVA,
AzərTAc-ın müxbiri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
27 Aprel
Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!