Açıq tenderin predmeti: Şuşa şəhərində Cənub yaşayış zonası-11 Blok-02/Yaşayış evi-5/Blok-E (Yeraltı dayanacaq ilə birlikdə), Blok-02/Yaşayışevi-6/Blok-F, Blok-02/Yaşayış evi-8/Blok-H (Yeraltı avtomobil dayanacağı ilə), Blok-02/Yaşayış evi-9/Blok-İ 3-5 mərtəbəli yaşayış binalarının tikintisi.
Açıq tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Açıq tenderin predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlanan təşkilatlar iştirak haqqını ödəyərək yazılı müraciət edir və qeydiyyata alınır. Qeydiyyata alındıqdan sonra Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanından əsas şərtlər toplusunu (Azərbaycan dilində) əldə edə bilərlər. Əlaqələndirici şəxs: Kərimli Babək Əyyub oğlu, telefon: (+994) 70 203 05 20
Benefisiarın adı: “ŞUŞA ŞƏHƏRİ DÖVLƏT QORUĞU İDARƏSİ” PUBLİK HÜQUQİ ŞƏXS
Benefisiarın VÖEN-i: 8600208181
Valyuta: AZN
Benefisiarın bankı: “Kapital Bank” ASC-nin Səbail filialı
Filialın kodu: 200059
VÖEN: 9900003611
SWIFT kod: AIIBAZ2XXXX
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
Benefisiarın hesabı: AZ34AIIB380900C9449351435105
İştirak haqqı: 1500,00 manat
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti 60 bank günü);
4. Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü;
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı);
9. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);
10. Tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;
11. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər;
13. İddiaçı inşa etdyi analoji tikililər barədə istismara qəbul Dövlət Aktının surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (iddiaçı ən azı tender predmeti həcmində tikinti işlərini yerinə yetirmiş və istismara qəbul Dövlət Aktı ilə təhvil vermiş olmalıdır);
14. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);
15. Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.
İddiaçılar tender təklifi və təklifin təminatı istisna olmaqla bütün digər sənədləri 26 aprel 2022-ci il saat 15:00-a qədər Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə iki nüsxədə, əsli və surəti olmaqla müşayiət məktubu ilə birgə) 10 may 2022-ci il saat 15:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 11 may 2022-ci il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında açılacaqdır.
Tender komissiyası