04 Aprel 2025 17:05
303
DÜNYA
A- A+
Süni zəka tələbə olub

Süni zəka tələbə olub

Avstriya universiteti dünyada ilk dəfə olaraq süni zəkanı rəsmi şəkildə tələbə kimi təhsilə qəbul edib. “Flynn” adlı sistem Vyana Tətbiqi İncəsənət Universitetində rəqəmsal incəsənət proqramı üzrə təhsil alacaq. O, dərslərdə iştirak edəcək, tənqidi təhlilə məruz qalacaq və insan həmyaşıdları ilə eyni şəkildə qiymətləndiriləcək. “Flynn” standart müraciət prosedurundan keçib, portfolio təqdim edib, müsahibə və uyğunluq testindən keçib. “Flynn” qəbul komissiyası ilə müsahibəsində bildirib ki, fakültə onun süni qavrayışını xüsusilə cəlb edir, çünki burada rəqəmsal incəsənətin sərhədlərinin genişləndirilməsinə xüsusi diqqət yetirilir.

Universitetdən bildirilib ki, tələbə qəbulunda, hətta söhbət süni zəkadan getsə belə, heç bir maneə yoxdur. O, keyfiyyətli portfolio təqdim edib və müsahibədən uğurla keçib. Təhsil müəssisəsində tələbənin mütləq insan olmalı olduğuna dair heç bir yazılı qayda yoxdur.

İT sahəsində təcrübəsi olmayan tələbə və müəllimlərlə ünsiyyət qura bilməsi  üçün “Flynn” açıq mənbəli böyük dil modelləri əsasında hazırlanıbqsədlə xüsusilə istifadə olunub. Sistem gündəlik tutmağa başlayıb və bir müddət sonra orada kədərli qeydlər yazmağa başlayıb. Çünki insanlar onunla ünsiyyətdə onu “gerçək deyil” adlandırdıqları üçün süni zəka inciyib.

Layihənin məqsədi - incəsənət sahəsində insan və süni zəkanın birgə əməkdaşlıq mexanizmlərini öyrənməkdir. “Flynn-in yaradılmasındakı və ümumilikdə süni zəka agentləri ilə işləməkdəki motivasiya ondan ibarətdir ki, biz bu agentləri yeni növ bədii ifadə vasitəsi hesab edirik. Onlar bədii dahilik mifini aşmağa qadirdir və incəsənətdə əməkdaşlığın geniş anlamda rekontekstləşdirilməsi üçün bir vasitədir. Biz süni zəkanı insan müdaxiləsinin əvəzedicisi kimi yox, əməkdaş tərəf kimi görürük” - deyə “Flynn”in yaradıcısı və həmin fakültənin tələbəsi olan Chiara Kristler bildirib.

 “Flynn” mart ayından etibarən bəzi dərslərdə iştirak etməyə başlasa, tamhüquqlu tələbə statusunu payızda - yeni semestr başladıqda əldə edəcək.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ətirli smartfon istehsal

17:40
08 Aprel

Təyyarələr avtomatik şəkildə eniş edə biləcəklər

17:39
08 Aprel

Robot at təqdim edilib

17:38
08 Aprel

TDT ölkələrinin səhiyyə nazirləri tibbi turizmin inkişafı barədə razılığa gəliblər  

17:37
08 Aprel

Zərdabda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

17:37
08 Aprel

Xankəndidə “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçirilib  

17:34
08 Aprel

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudanidən  

17:33
08 Aprel

Cəbrayılda növbəti əmək yarmarkası olub, 100-dən çox vakansiya təqdim edilib  

17:32
08 Aprel

Qarabağ Universitetində yeni dünya nizamı və rəqəmsal inqilabdan gözləntilər müzakirə olunub  

17:23
08 Aprel

Gimnaziada: Azərbaycan güləşçiləri daha 6 medal əldə ediblər

17:21
08 Aprel

Xəbərdarlıq: Aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir

17:20
08 Aprel

İsrail şirkətləri ilə avtomobil və dəmiryolu nəqliyyatında əməkdaşlıq müzakirə olunub  

17:19
08 Aprel

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib

17:17
08 Aprel

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

17:16
08 Aprel

Xankəndidə geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri məsələləri müzakirə edilib  

17:13
08 Aprel

Macarıstan hökuməti fərdi evlərdə günəş panellərinin quraşdırılmasına subsidiya ayırır  

17:12
08 Aprel

Şuşa və Ağdamda hotel işçiləri yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb  

17:10
08 Aprel

Media: ABŞ 10 minədək hərbçisini Şərqi Avropadan çıxara bilər  

17:09
08 Aprel

Azərbaycanda deflimpiyanın inkişafı müzakirə edilib

17:08
08 Aprel

Azərbaycan və Pakistan arasında əsas investisiya layihələri və memorandumlar müzakirə edilib

17:06
08 Aprel

Fərid Şəfiyev: BBC-nin Ruben Vardanyanla bağlı çağırışları qəbuledilməzdir  

16:56
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!