24 Fevral 2022 02:04
1092
İQTİSADİYYAT
A- A+
Süni intellekt qlobal  ərzaq təhlükəsizliyinin qarantıdır

Süni intellekt qlobal  ərzaq təhlükəsizliyinin qarantıdır

 

Dünya nə qədər sürətlə dəyişirsə, ərzaq təhlükəsizliyinin təmin edilməsində  qəbul olunmuş qaydalar da bir o qədər operativ yenilənir və artıq təklif edilən yeni həll yolları ağlasığmaz dərəcədə gözlənilməz olur. Məsələn, “GoldmanSachs” belə qənaətə gəlir ki, rəqəmsal ərzaq sferası və süni intellektin tətbiqi 2050-ci ilədək planetin ərzaq təhlükəsizliyinin təminatında 70 faizlik artım əldə etməyə imkan verəcək.

Maraqlısı odur ki, buna yaxın proqnozları digər qurumlar və məşhur ekspertlər də səsləndirirlər. Beləliklə, bütün planetin alimləri ərzaq təhlükəsizliyinin təminatında yeni rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinin aparıcı rolunu bütün mövcud amillərin sırasında daha çox qabardırlar. Ərzaq təhlükəsizliyinin bütün planetdə dayanıqlı inkişafı üçün heyvandarlıqda, meyvəçilikdə və kənd təsərrüfatının digər sahələrində    istehsalın və məhsuldarlığın intensiv artması nəzərdə tutulur. Buna nail olmağın əsas yolu kimi aqrar sektorun intensiv inkişafı, innovativ yeniliklərin, rəqəmsal texnologiyaların və süni intellektin  kənd təsərrüfatına tətbiqinin genişləndirilməsi və sürətləndirilməsidir.

Məqsəd sürətlə böyük həcmli nəhəng məlumatların (Big Data) bulud texnologiyalarına toplanması, təhlili, emalı və tətbiq edilməsidir. Faktiki olaraq hamı etiraf edir ki, birmənalı şəkildə kənd təsərrüfatının gələcək inkişafında süni intellektin aparıcı rolu danılmazdır.  Artıq tarlada, bostanlarda və meyvə bağlarında  məhsuldarlıq aqronom  və kənd təsərrüfatı mütəxəssislərinin səylərindən daha çox süni intellektin imkanlarından qaynaqlanacaq. Bol ruzi sahədə çalışan bağbandan, aqronomdan daha çox  24 saat fasiləsiz və insan müdaxiləsi olmadan məlumatları sürətlə emal edə bilən super prosessorlardan, yeni nəsil kompüterlərdən, operativ və “ağıllı” analizlərdən asılı olacaq. Bu, aqrar sektora bütün alimlərin və tədqiqatçıların yeni baxışıdır.

Beləliklə, süni intellekt kənd təsərrüfatında məhsuldarlığın artmasını təmin edən amil kimi çıxış edir. Artıq bu gün aqrar sektorda aşağıdakı rəqəmsal texnologiyalar və avtomatlaşdırılmış aqrotexniki istehsal mexanizmləri tətbiq edilir: əşyaların interneti (IoT); geniş zolaqlarla məlumatların naqilsiz ötürülməsi; səma və yerüstü aqro və robot texnologiyaların məsafədən idarəolunması; böyük məlumatların (Big Data) sürətli emalı; sputnik naviqasiyası; elektron kartoqrafiyanın tətbiqi əsasında kosmosdan və pilotsuz təyyarələrdən aparılan çəkilişlər əsasında  gübrələrin verilməsi, ziyanvericilərlə mübarizə, yerüstü avtomatlaşdırılmış traktor, kombayn və sair texnikaların idarə olunması. Bütün bu texnologiyaların və yeniliklərin intellektual robot texnologiyaları səviyyəsinə yüksəlməsi üçün ümumi rəqəmsal platformada süni intellekt tərəfindən idarə olunması vacibdir. Bir sözlə, aqrar sektorun müasir siması insan iştirakının  minimuma endirilməsini nəzərdə tutur. Artıq ən yaxın zamanlarda süni intellekt aqrar sektorda insan əməyinin istifadəsinin minimuma endirilməsini təmin edəcək.

Qeyd etmək lazımdır ki, avtomatlaşdırılmış idarəetmə sistemləri artıq  aqrar sektorda müəyyən çərçivələrdə tətbiq olunur. Avtomatlaşdırılmış heyvandarlıq sistemlərinə “ağıllı” fermalar, sağım, yempaylayan və hazır məhsulu yığan qurğular və sistemlər  aiddir.  Bitkiçilikdə ağıllı parniklər, istixanalar, vertikal fermalar mövcuddur. Meyvə bağlarında, üzümlüklərdə  yetişən meyvələrin avtomatik yığımını süni intellekt idarə edir. Artıq bu sistemlər özlərini yüksək səviyyədə doğrulda biliblər. Bu gün aqrar sektora tətbiq edilən mexanizm və qurğulardan tələb odur ki, onlar tapşırıqları müstəqil yerinə yetirmək bacarığına malik olsunlar. Bunun üçün onların hamısı idarə edilən kompüterlə görmə, ağıllı və öncədən proqnozlaşdırma  qabiliyyətlərinə malik olmalıdırlar. Bu, adi toxumsəpən texnikadan tutmuş  mürəkkəb quruluşlu pilotsuz təyyarələrədək bütün texniklara aiddir. Beləliklə, qarşıdakı illərdə bütün aqrar mexanizm və texniki avadanlıqların süni intellektlə təmin olunması zərurət kimi irəli çıxır. Mexanizm və maşınlar sputnik naviqatorları ilə elektron xəritələr üzərindən idarə olunmalı, texnikaların süni intellektlə idarə edilməsi üçün kompüter gözü, maşın və avadanlıqların vaxtında təmiri üçün öncədəngörmə analitik qabiliyyətlərin  və sair yeniliklərin tətbiqi  getdikcə aktuallaşır. Faktiki olaraq insan əməyi tətbiq edilmədən bütün aqrotexniki qaydaların süni intellekt tərəfindən idarə olunması zərurətə çevrilir. 

Qeyd etmək lazımdır ki, bu gün süni intellekt texnologiyaları sürətlə aqrar sektorda və iqtisadiyyatın digər sahələrində yayılmaqdadır. Verilən proqnozlar belədir ki, 2024-cü ilə kimi süni intellekt texnologiyaları ən azından altı dəfə artaraq  2018-ci ildəki 21,5 milyard dollardan 137, 5 milyard dollara çatacaq. Kənd təsərrüfatı mütəxəssisləri əmindirlər ki, 2050-ci ilədək sektorda 70 faizlik artımı asanlıqla əldə etmək mümkün olacaq.  Bunun üçün iki əsas amilin yerinə yetirilməsi vacibdir: birincisi, qarşıdakı 30 ildə hektarın minimal məhsuldarlığı 3,27 tona, ikincisi isə, rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi sayəsində məhsuldarlığı  50 faiz qaldırmaqdır. Belə qənaətə gəlmək olar ki, planetar miqyasda ərzaq təhlükəsizliyinə nail olmaq mümkündür.

Lakin bu gün kütləvi aclıq problem kimi hələ də qalmaqdadır. Hətta mövcud müsbət tendensiyaların bolluğuna baxmayaraq, mövcud texnologiyaların formatını kökündən dəyişmədən  planetar aclığın tam aradan götürülməsi mümkün deyil. Eyni zamanda yoxsulluqla mübarizənin də fərqli modelləri hazırlanmalıdır. Aclıq probleminin radikal həllə aradan qaldırılmasının ən qısa yolu yoxsulluğun birdəfəlik ləğv edilməsidir. Lakin bəşəriyyət bu gün belə bir addımın atılmasına sadəcə qadir deyil. Bu gün qlobal ərzaq təhlükəsizliyinin həllinə nail olmağa imkan verən yeganə amil müasir texnologiyaların tətbiqi hesabına aqrar sektorun intensiv inkişafına nail olmaqdır.

Aqrar sektorda yeniliklərin tətbiqində, məhsuldarlığın artırılmasında aparıcı rol süni intellektə məxsus olacaq. Bu sırada prioritet istiqamətlər müasir texnologiyaların innovativ tətbiqinə aid ediləcək. Aqrar sektorun gələcəyi süni intellektin tətbiqindən asılı olacaq.

Süni intellekt texnologiyalarının rəqəmsal məlumat sistemlərinə kompleks tətbiqi yüksək məhsuldarlıqlı ərzaq sistemlərinin yaradılması üçün əsas amillərdən biridir. Aqrar istehsalat zəncirinin bütün perspektiv  rəqəmsal texnologiya həlqələrinə süni intellektin geniş tətbiqini qaçılmaz edir. Beləliklə, müasir dünyada süni intellekt qlobal ərzaq təhlükəsizliyini təmin edə bilən mühüm platformaya çevrilir. Aydın görünən odur ki, ərzaq probleminin gələcək həlli birbaşa süni intellektin aqrar sektora tətbiq edilmə sürətindən asılıdır.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!