21 Aprel 2024 09:25
971
İQTİSADİYYAT
A- A+
Sumqayıtın bulvarı bir möcüzədir

Sumqayıtın bulvarı bir möcüzədir

 

Bir neçə ölkədə onun oxşarı yaradılır

 

1949-cu ildə Azərbaycanın xəritəsinə yeni bir şəhərin adı yazıldı. Elə bir şəhərin ki, buraya nəinki respublikanın, hətta keçmiş ittifaqın hər tərəfindən qurub-yaradan insanlar axışdı. Sumqayıt həmin insanların zəhməti ilə böyüdü, şan-şöhrət tapdı. 
Sumqayıtın başqa bir adı da var - gənclik şəhəri. Yəqin ki, qurucularının çoxunun cavanlar olduğu üçün veriblər bu adı. Gənclik şəhəri yaşa dolsa da, onun bu statusu dəyişmir, baxmayaraq ki, boy atdığından, sağa-sola doğru genişləndiyindən və artıq az qala paytaxtımızla qol-boyun olduğundan ona çox ad yaraşır. 
Vaxtilə boz çöldə, çox hissəsi bataqlıq olan bir ərazidə ilk binaları tikilən, ilk müəssisələri işə salınan Sumqayıt bu gün müstəqil Azərbaycanın ən böyük və ən abad şəhərlərindən biridir. Ölkəmizin inkişaf salnaməsində bu şəhərin sanballı payı var. Ümumiyyətlə, Cənubi Qafqazın iri sənaye şəhərlərindən olan Sumqayıtın hədəfləri gələcəyə hesablanıb. Şəhərdə müxtəlif təyinatlı sosial-iqtisadi layihələr gerçəkləşdirilir və həmin layihələrin çoxu iri sərmayələrlə ərsəyə gəlir. Belə layihələrdən biri də Sumqayıt bulvarıdır. 
Xəzər sahilində belə bir bulvarın salınması ölkəmizdə həyata keçirilən sosial layihələrin bariz nümunəsidir. Bu kompleks Sumqayıt sakinlərinə böyük zövq-səfa bəxş etməklə yanaşı, şəhərə turist axınını da artırıb. Hazırda bulvar yaxınlığında hündürmərtəbəli binaların tikintisi aparılır. Eyni zamanda hotel və istirahət mərkəzlərinin inşası başa çatmaq üzrədir. Bu ilin sonuna onların təhvil veriləcəyi nəzərdə tutulur.
Xatırladaq ki, Sumqayıt bulvarının açılışı 2016-cı il sentyabrın 27-də Prezident İlham Əliyevin iştirakı ilə olub. Dövlətimizin başçısı bu gözəl məkanı bir "möcüzə" adlandırıb. Doğrudan da, Sumqayıt bulvarı onu görənlərə bir möcüzə təsiri bağışlayır. Qumlu sahildə müasir üslubda salınan bulvar dəniz səviyyəsindən 2,5 metr yüksəklikdədir. Buradakı istinad divarlarının uzunluğu 4,8 kilometr, hündürlüyü 1,5 metrdir. Bulvarda 60 hektar ərazidə yaşıllıq zolağı salınıb, 200 mindən çox ağac və dekorativ kol, 2 milyondan artıq gül və çiçək əkilib. Vaxtaşırı keçirilən ağacəkmə kampaniyalarında yeni zolaqlar salınır. Təkcə bu ilin əvvəlindən bəri "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində bulvarda 20 mindən artıq zeytun ağacı, on minlərlə təbii gül kolları əkilib. Bulvarın ərazisində müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb, oturacaqlar qoyulub. Həmin ərazilərdə quraşdırılan 5 rəngli fontan öz gözəllikləri ilə şəhərin sakinlərini və qonaqlarını valeh edir. 
Hazırda Sumqayıt bulvarının genişləndirilməsini nəzərdə tutan yeni layihə üzərində iş aparılır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə bulvarda yeni salınan obyektlərin, istirahət ocaqlarının şahidi olacağıq.
Bulvara səyahətə çıxanların maraqla qarşıladıqları obyektlərdən biri də buradakı Bayraq muzeyidir. Günəşli havalarda əməkdaşlar türkün müzəffər bayraqlarını açıq havaya çıxarır. Bayraqlar musiqi sədaları altında bulvarın daxilində gəzdirilir. Muzey əməkdaşları bəzi yerlərdə dayanır və bayraqlar barədə geniş məlumat verirlər. 
Xarici turistlərə Sumqayıtın simvolu olan göyərçin eksponat təqdim edilir. Onlar üçün şagirdlərin ifasında ölkəmiz, ordumuz, qəhrəmanlar haqqında şeirlər səsləndirilir. 
Bayraq muzeyi ilə üzbəüz yerləşən Muğam mərkəzinin kollektivi də turistlərə xüsusi proqram təqdim edir. Bulvarın bir neçə yerində quraşdırılmış səsgücləndiricilərlə ətrafa yayılan xalq musiqisi, Sumqayıtın musiqi ustalarının vaxtaşırı təşkil olunan konsertləri bulvara gələnlərin əhvalına xoş ovqat qatır. Xarici ölkələrdən şəhərə təşrif buyuran turistlər isə mikrofon önündə Sumqayıtla bağlı təəsüratlarını bölüşür və bundan çox məmnun olduqlarını bildirirlər. Bu, heç bir fotoya sığmayan, sosial şəbəkədə heç bir paylaşımla ifadə edilə bilməyən canlı təəssüratdır.
Bulvarda həyata keçirilən layihələrdən biri də sərgilərlə bağlıdır. Xüsusən kitab sərgilərini qeyd etmək istərdik. Xarici qonaqlar Azərbaycanın, eləcə də dünyanın tanınmış yazıçılarının kitablarını həvəslə alırlar. Turist üçün öz xalqının yazıçısının əsərini Azərbaycan dilində görmək maraqlı olur. Daha bir sərgi mətbəxlə bağlıdır. Hər həftənin şənbə günü bu sərgiyə mətbəximizin ləziz nemətləri çıxarılır. Yaşıllıqlar qoynunda ləzzətli təamlarımızı dadmağı avropalılar çox sevir.
Turistlərin sayına gəlincə, təxmini hesablamaya görə, ötən müddətdə bulvarı milyondan çox insan ziyarət edib. Rusiya, Belarus, Almaniya, Cənubi Koreya, Yaponiya, ərəb ölkələrindən və digər yerlərdən gələn turistlər buradan xoş təəssüratla qayıdırlar. 
Bulvarın işıqlandırılması da yüksək səviyyədədir. Ərazinin hər tərəfi "ağıllı fanar"larla işıqlandırılır. 3, 6 və 9 metrlik işıq dirəkləri qəlboxşayan mənzərə yaradır. Üstəlik uşaqların istirahəti də yaddan çıxmayıb. İki yerdə quraşdırılan oyun manejləri uşaqların sevimli məkanıdır. Açıq səma altında quraşdırılan səhnə isə bayram tədbirlərinin məkanıdır. Yeni il, Novruz, Ramazan və digər bayramlar burada geniş insan kütləsinin iştirakı ilə keçirilir. Respublikanın mədəniyyət xadimlərinin konsert proqramları xüsusi maraqla qarşılanır. 
Sumqayıt bulvarı həm də yeni iş yerləri deməkdir. İndi burada 240 nəfər daimi işlə təmin edilib. Mühafizə sistemi 9 post üzrə şaxələnib. Ərazi növbəli şəkildə 24 saat ərzində mühafizə olunur. 
Sumqayıt bulvarı dünyada keçirilən beynəlxalq müsabiqələrdə, konfranslarda layiqincə təmsil edilir. 2017-ci ildə keçirilən beynəlxalq sərgidə birinci mükafata layiq görülüb. Həmin sərgidə onlarca Avropa ölkəsinin nümayəndələrinə məsləhət görülüb ki, müasirliyi və yenilikçiliyi öyrənmək istəyənlər Sumqayıta yollansınlar. Elə buna görədir ki, hazırda bir neçə ölkədə Sumqayıt bulvarının oxşarını yaratmaq qərara alınıb. 

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Danışan fotolar: Fransa müstəmləkəçiliyinin ağır nəticələri...

15:42
29 Mart

Azərbaycan gimnastları Bakıda keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar  

15:40
29 Mart

Konfrans iştirakçısı: Niderland hökuməti yerli xalqın adətlərini nəzərə almayaraq öz qanunlarını tətbiq edir  

15:39
29 Mart

BTQ-nin icraçı direktoru: Ümid edirik ki, kolonializmlə mübarizədə bizi dəstəkləyənlərin sayı artacaq  

14:43
29 Mart

Kanakidə qanunsuz həbs edilmiş insanlara həsr olunan fləş-mob keçirilib

14:41
29 Mart

Bakı Təşəbbüs Qrupu ilə Qvadelupanın Azadlığı Naminə Xalq Birliyi arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb  

14:32
29 Mart

Sabah hava əsasən yağmursuz keçəcək

14:29
29 Mart

Azərbaycan hava limanlarında yaz-yay mövsümü - Yeni istiqamətlər və artan uçuşlar 

14:26
29 Mart

Misirdə naməlum fironun böyük qəbri aşkar edilib

14:20
29 Mart

AFFA tərəfindən Yevlaxda futbol obyektlərinə baxış keçirilib

14:08
29 Mart

BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb

14:06
29 Mart

İlon Mask X-i süni intellekt şirkətinə satıb

14:02
29 Mart

Mariya İzabella Saliqa: Fransanın müstəmləkəçilik siyasəti nəticəsində xalqların milli-mənəvi dəyərləri məhv olur

13:47
29 Mart

Müstəmləkə siyasəti nəticəsində Fransız Qvianasının təkcə təbii sərvətləri deyil, milli dəyərləri də məhv edilib  

13:46
29 Mart

Razılıq əldə olundu: Azərbaycanlı futbolçular Türkiyənin tanınmış klublarında - FOTOLAR

13:36
29 Mart

Abbas Abbasov: Müstəmləkə altında olan 15 ərazi ilə sıx əməkdaşlıq qurmuşuq

13:31
29 Mart

Korsikalı nümayəndə: Fransada azsaylı xalqların nümayəndələri siyasi məhbus həyatı yaşayır  

13:21
29 Mart

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı min nəfəri ötüb

13:03
29 Mart

Azərbaycanın milli azadlıq mübarizəsinin bir səhifəsi

12:46
29 Mart

Prezident İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib YENİLƏNİB

12:41
29 Mart

Ağdam regionun ən müasir şəhərlərindən birinə çevrilməkdədir

12:37
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!