16 Noyabr 2023 18:33
340
İDMAN
A- A+

"Sumqayıt"ın baş məşqçisi üç oyunluq cəzalanıb

 

AFFA İntizam Komitəsi "Sumqayıt" futbol komandasının baş məşqçisi Samir Abasovu cəzalandırıb.

"Report" xəbər verir ki, buna 45 yaşlı mütəxəssisin "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIII turunun oyunu başa çatdıqdan sonra etdiyi qeyri-idman hərəkəti səbəb olub.

Abasov buna görə 1 oyunluq cəza alıb, həmçinin senyabrın 19-da təyin edilən 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilən 2 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 3 matçlıq cəzaya məruz qalıb. "Gənclik şəhəri" təmsilçisi isə 1000 manat cərimələnib.

"Neftçi" həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

Hər iki kollektiv 4 oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb. 

“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video