10 Oktyabr 2022 11:31
5164
CƏMİYYƏT
A- A+
Su süzən daşlardan istifadə edərkən nələrə diqqət yetirməlidir?

Su süzən daşlardan istifadə edərkən nələrə diqqət yetirməlidir?

 

Qaracayevlər ailəsinin çörəyi, sözün əsl mənasında daşdan çıxır, desək yanılmarıq. Ailə başçısı daşları yonub lazımi hala salır, istənilən forma və ölçü verir. Sonra isə su daşı cilalanır və istifadəyə hazır vəziyyətə gətirilir.

AZƏRTAC xəbər verir ki, 38 yaşlı usta Zaur Qaracayev bu sənətə uşaq yaşlarından yiyələndiyini, atasından öyrəndiyini deyir. O qeyd edir ki, hər materialdan su süzən daş alınmır. Bunun üçün lazımi daşı seçmək vacibdir. “Su daşları ağ daşdan da olur, sarı daş da olur, qara və qırmızı rəngli daşlardan da hazırlanır. “Çal daşı” adlanan daşlardan da düzəldilir. Ən yaxşıları bu daşlardı ki, onlardan daha çox istifadə edirik. Daşı dağlardan seçib gətiririk. Hansının süzmə qabiliyyəti yaxşıdırsa, ondan hazırlayırıq. Onu da deyim ki, hər daş da suyu süzmür”, – deyə Zaur Qaracayev əlavə edib.

Daşların hazır hala gətirilməsinə usta təxminən iki-üç gün vaxt sərf edir. Burada sifarişlərdən asılı olaraq su qablarının ölçüsü də dəyişir. Ən kiçik su qabı 5 litr olur, böyükləri isə 25-30 litr təşkil edir. Usta deyir ki, su süzən daşa tələbat artıb: “Ən çox satdığımız 10 və 15 litrlik qablardır. Əsasən ailə üzvlərinin sayı nəzərə alınmaqla qablar sifariş edilir. Geniş ailələr 25-30 litrlik qablar sifariş edir. Qiymətlər də 150-170 manat arasıdır. Qara daşlardan hazırlanan su süzgəcinin qiyməti isə 800 manatadək olur”.

Usta su süzən daşları düzəltməklə bərabər, təmir də edir. Bəzi şəxslər illərlə işlədilməyən baxımsız qalan daşları ustaya gətirir. Həmin daşlar təmir edilir, təmizlənir, yenidən işlək vəziyyətə gətirilir. Ümumiyyətlə, su süzən daşların ömrü uzun olur. Bəzi daşlar var ki, 200 ilə yaxındır istifadə edilir.

Daşları istifadə edərkən onun sadəcə təmiz saxlanmasına diqqət yetirmək kifayətdir. Ona görə də, filtr rolu oynayan daşın içərisindəki suyun çirkli hissəsi vaxtında təmizlənməlidir.

Bəs su daşları həqiqətən suyun tərkibini təmizləyirmi? Bu barədə mütəxəssislərin də fikrini öyrəndik. Mütəxəssis Yaşar Əhmədovun sözlərinə görə, suyun tərkibini təmizləyən bu daşlar eyni zamanda, insan orqanizmi üçün faydalı olan mineralları da süzməlidir. “Daşların sıxlığı, tərkibi müxtəlif olur. Ona görə də daşın süzdüyü su laborator analizdən keçməlidir. Bundan sonra demək olar ki, həmin daşlar suyu həqiqətən təmiz süzür, yoxsa yox”, deyə Y.Əhmədov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!