27 Yanvar 2022 15:48
317
CƏMİYYƏT

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bir neçə hüquqazidd əməlin qarşısını alıblar

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlər zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd əməlin qarşısı alınıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İdarəyə Qum adası ərazisində yerləşən “Bahar enerji” əməliyyat şirkətindən müəssisəyə məxsus hidravlik avadanlığı elektrik enerjisi ilə təmin edən elektrik naqilinin oğurlanması və maqnit işəsalıcının sındırılması barədə məlumat daxil olub. Hadisə ilə bağlı dərhal əməliyyat-istintaq qrupu tərəfindən əraziyə baxış keçirilib. Su polislərinin həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən üç nəfər paytaxt sakini Xəlil Həsənov, əvvəllər məhkum olunmuş Səyyar Məhərrəmov və Həsənqulu Quliyev saxlanılıb.

Qeyd edək ki, bu şəxslər əvvəlcə əməliyyat şirkətinin inzibati binasına daxil olublar və oradan oğurluq etmək istəyiblər. Sonra isə dəstə üzvləri şirkətin ərazisində qeyd edilən cinayət əməllərini törədiblər. Araşdırma zamanı müəyyənləşdirilib ki, Xəlil Həsənov və digərləri heç bir balıqçılıq icazələri, eləcə də kvotası olmadan dənizə balıq tutmaq adı ilə qayıqla daxil olublar. Həmin qayığa baxış zamanı balıqçılıq alətləri yox, dəmir avadanlıqlarının kəsilməsi üçün nəzərdə tutulan əşyalar və şirkətdən oğurlanan naqillər, həmçinin konstruksiyalar aşkarlanıb.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir tədbir zamanı isə vətəndaş məmnunluğu təmin edilib. DİN-in 102 - Xidməti Zəng Mərkəzinə şikayət edən bir nəfər xanım Bakı Dəniz Vağzalının ərazisində yerləşən restoranlardan birində ona məxsus içərisində 1500 manat və sənədlər olan əl çantasının oğurlandığını bildirib. İdarə əməkdaşlarının apardıqları araşdırmalar zamanı müəyyənləşdirilib ki, həmin qadının çantası oğurlanmayıb. O, yaşadığı evə gedən zaman çantasını paytaxtın Nizami rayonu ərazisində yerləşən apteklərdən birinin qarşısında itirib. Su polisləri tərəfindən görülmüş operativ tədbir nəticəsində çanta qısa zamanda tapılaraq içindəki pullar və sənədlərlə birgə sahibinə qaytarılıb.

Su polisləri tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələrin gətirilməsinə çalışan, eləcə də adı “Qırmızı kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyənləşdirilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. İdarənin əməkdaşları, həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi aparılır.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video