27 Noyabr 2025 08:45
401
İQTİSADİYYAT
A- A+
Strateji məsələnin həllinə yeni yanaşma

Strateji məsələnin həllinə yeni yanaşma


"Ərzaq təminatı xəritəsi" informasiya sistemi ərzaq təhlükəsizliyinin çevik, şəffaf və dayanıqlı idarə olunması modelini formalaşdıracaq


Bu gün ərzaq bazarında balansın qorunması, məhsul qıtlığının qarşısının alınması və təhlükəsizlik standartlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Həmin proseslərin vaxtında izlənməsi isə müasir texnologiyaların tətbiqini tələb edir. Prezident İlham Əliyevin imzaladığı "Ərzaq təminatı xəritəsi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında" fərman məhz bu ehtiyaca uyğun atılmış strateji addımdır.

Fərmanla müəyyən edilib ki, "Ərzaq təminatı xəritəsi" informasiya sistemi ölkədə ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyənləşməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlı və dayanıqlı informasiyanın yaradılmasını, toplanılmasını, işlənilməsini, saxlanılmasını, axtarışını və məlumatlara əlçatanlıq səviyyəsinin artırılmasını təmin edir. Sistemin sahibi və operatoru funksiyalarını İqtisadiyyat Nazirliyi həyata keçirir. Bu gün ərzaq məhsullarının hansı regionda nə qədər istehsal edildiyi, hansı məhsullar üzrə idxala və ya ixraca ehtiyacın olduğu, eləcə də bazarda təhlükəsizliyin təmini təkcə mütəxəssisləri deyil, hər bir istehlakçını da maraqlandırır. Həmin marağın təmin olunmasını özündə ehtiva edən yeni sənəd ölkədə ərzaq sahəsində məlumat dövriyyəsini vahid platformaya toplamaqla həm dövlət qurumlarının koordinasiyasını gücləndirir, həm də bazarda baş verən dəyişikliklərin çevik təhlilini mümkün edir. 

"Ərzaq təminatı xəritəsi" vasitəsilə istehsal göstəricilərindən tutmuş idxal-ixrac dinamikasına, qida təhlükəsizliyi nəzarətindən logistika marşrutlarına qədər geniş məlumat spektri sistemli şəkildə izlənəcək. Bu, mövcud vəziyyətin analizi və potensial risklərin qabaqcadan müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusən strateji ərzaq məhsulları üzrə ehtiyatların idarə olunması, mövsümi qıtlıqların qarşısının alınması, həmçinin regionlar üzrə istehsal potensialının daha dəqiq qiymətləndirilməsi üçün yeni imkanlar yaranır.

Qeyd edək ki, bu vaxta qədər ərzaq təminatı ilə bağlı məlumatların toplanması müxtəlif qurumların ayrı-ayrı bazalarında aparılır, statistik göstəricilərin müqayisəsi və təhlili əlavə vaxt və resurs tələb edirdi. Regionlarda istehsal potensialının qiymətləndirilməsi, idxal olunan məhsulların həcmi və bazarda mövcud risklərin müəyyənləşdirilməsi çox zaman sistemləşdirilməmiş, pərakəndə, tam olmayan məlumatlara əsaslanırdı. Bu isə həm qərarvermə prosesini ləngidir, həm də real vəziyyətin tam mənzərəsini görməyi çətinləşdirirdi. Ərzaq məhsullarının istehsalı və dövriyyəsi üzrə monitorinq, əsasən, illik və ya dövri statistika üzərində qurulduğundan bazardakı operativ dəyişikliklərə vaxtında reaksiya vermək imkanları məhdud olurdu.

Azərbaycanda ərzaq təminatı uzun illər, əsasən, kənd təsərrüfatı istehsalının həcmi, dövlət proqramları və idxal əməliyyatları üzərində qurulub. Məsələn, 2008-2015 və 2019-2023-cü illəri əhatə edən dövlət proqramları ərzaq təhlükəsizliyinin gücləndirilməsi, yerli istehsalın artırılması, aqrar sahəyə investisiyaların genişləndirilməsi kimi hədəfləri daşıyırdı. Bu proqramlar nəticəsində bəzi məhsullar üzrə yerli istehsal artsa da, ümumi sistem tam inteqrasiya olunmadığından qərarvermə prosesləri müxtəlif qurumların ayrı-ayrı məlumatlarına əsaslanırdı. 2023 cü ildə ölkədə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12,2 milyard manat olub ki, bu da 2022-ci illə müqayisədə 3,1 faiz artım deməkdir. Eyni dövrdə heyvandarlıq sahəsində ət (diri çəkidə), süd və yumurta istehsalı artaraq istehsalda müsbət dinamika göstərib. Amma buna baxmayaraq, idxal da artmaqda davam edib. 2024-cü ildə ölkəyə idxal olunan ərzaq məhsullarının ümumi dəyəri 2 milyard 474 milyon 815 min dollar olub ki, bu da Azərbaycan tarixində ərzaq idxalı üzrə rekord göstəricidir.

Bu rəqəmlər göstərir ki, daxili istehsalda artım olsa da, bazarda balansın qorunması və strateji məhsullar üzrə vəziyyətin dəqiq izlənməsi hələ də çətinlik yaradır. Məhz bu boşluğu aradan qaldırmaq üçün yaradılmış  "Ərzaq təminatı xəritəsi" informasiya sistemi əvvəlki idarəetmə modelinin sərhədlərini genişləndirərək real vaxt rejimində izləmə, təhlil və proqnozlaşdırma imkanları açır. Sistemlə dövlət qurumlarının fəaliyyəti daha inteqrasiya olunmuş şəkildə təşkil ediləcək, istehsalçı və idxalçıların məlumat öhdəlikləri tənzimlənəcək, ən əsası isə ölkənin ərzaq təhlükəsizliyi üzrə vahid informasiya bazası formalaşacaq. Bu sistemin üstünlüyü ondadır ki, o, adi vətəndaşlar üçün də faydalıdır.  İstehlakçılar platforma vasitəsilə regionlarda istehsal səviyyəsini, ərzaq çatışmazlığı riskini, idxal məhsullarının payını və digər statistik məlumatları izləyə biləcəklər. 

Nəticə etibarı ilə fərmanın icrası ölkədə ərzaq təhlükəsizliyi təminatının çevik, şəffaf və dayanıqlı idarə olunması modelinin formalaşmasına xidmət edəcək. Sənəd həmçinin hökumətin daha dəqiq qərarlar qəbul etməsi, istehsalçıların planlamada üstünlük qazanması və istehlakçıların daha təhlükəsiz ərzaq mühitinə sahib olması üçün mühüm addım kimi qiymətləndirilə bilər.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

Avropada dizel yanacağı fyuçersləri 2022-ci ildən bəri ən yüksək səviyyədədir  

16:49
02 Aprel

Ədliyyə Nazirliyi: “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramını həyata keçirməsi üçün lazımi şərait yaradılacaq  

16:44
02 Aprel

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Avropada təbii qaz qiymətləri kəskin artıb

16:37
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!