30 İyul 2023 09:40
518
İQTİSADİYYAT
A- A+
Sosial siyasətin ayrılmaz hissəsi

Sosial siyasətin ayrılmaz hissəsi

 

Əhalinin məşğulluğunun təmin edilməsi daim gündəmdədir

 

2004-cü ildə  regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına start veriləndən üzübəri həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə çoxsaylı iş yerləri açılıb. Buna ilk növbədə qeyri-neft-qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması sayəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması zəmin yaradıb.
Əmək qabiliyyətli insanların işlə təmin edilməsi üçün eləcə də yeni yollar axtarılır, məşğulluğun yeni formaları tapılır, bu məqsədlə  daxili ehtiyat mənbələrindən geniş istifadə olunur. Bir sözlə, Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində  olan məsələdir. Bu, Prezident 
İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən  sosial islahatların ayrılmaz hissəsini təşkil edir. 
Əhalinin işlə təminatının daim diqqət mərkəzində olmasını Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər də təsdiqləyir. Təkcə keçən il ölkədə 71,3 min yeni iş yeri yaradılıb. Onlar həm mövcud, həm də yeni yaradılmış və fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda açılıb. İş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda yaradılıb.
İlkin məlumatlara əsasən, cari ilin ikinci yarısının başlanğıcında Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 224,3 min nəfər olub. Onlardan 4 milyon 934,5 min nəfəri məşğul əhalidir. 
Bu il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 726,3 min nəfər olub. İqtisadiyyatın dövlət sektorunda 898,6 min, qeyri-dövlət sektorunda 827,7 min nəfər çalışıb. Neft-qaz sektorunda 31,7 min, qeyri-neft-qaz sektorunda isə 1 milyon 694,6 min nəfər cəmləşib.
Ölkədə istifadəyə verilən, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən yeni müəssisələr məşğulluq  məsələsinin həllinə töhfələrini verməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Eyni zamanda qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı artır. Nəticədə həm də emal müəssisələri çoxalır. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın aradan qaldırılması ilə yanaşı, həm də yeni iş yerləri deməkdir. 
Məşğulluğun artmasında sahibkarlığın rolu danılmazdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 4,4 faiz artaraq 190 min 813 olub. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 91,9 faizini mikro sahibkarlıq, 5,6 faizini kiçik sahibkarlıq, 0,5 faizini iri sahibkarlıq subyektləri təşkil edib. İyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 275 mini ötüb. 
Əhalinin işlə təmin olunması sahəsində özünüməşğulluq da özünə geniş yer alır. Özünüməşğulluq  vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə. Bu proqram insanların dolanışığını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafa təkan verir. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də ictimai iş yerlərinin yaradılmasıdır. Prezidentin tapşırığı ilə bu proqramların icrası zamanı şəhid ailələrinə və qazilərə üstünlük verilir.
Elə bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyasının birgə icra etdiyi "Özünüməşğulluğa dəstək-2023" layihəsi üzrə işsiz şəxslər üçün kiçik bizneslərin yaradılmasına başlanıb. Layihə çərçivəsində artıq 70 işsiz şəxsə biznes planlarına uyğun aktivlər verilərək kiçik biznesləri yaradılıb.  Onların əksər hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər, digər həssas qruplardan olanlardır.
Özünüməşğulluq proqramının genişləndirilməsində mühüm rol oynayan "Özünüməşğulluğa dəstək" layihəsinə 23 bank qoşulub. 
2020-2021-ci illərdə həssas qruplardan ibarət 1500-dək şəxs üçün kiçik bizneslərin yaradıldığı layihənin bu il daha 300 işsiz şəxsi əhatə etməsi nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa Dəstək Layihəsi" iştirakçılarına biznes mükafatlarının təqdim edilməsini nəzərdə tutan yeni layihəyə də start verilir. 2025-ci ilin sonuna qədər davam edəcək layihə çərçivəsində elektron müraciət formasını doldurmuş və qalib seçilmiş ümumilikdə 280 sahibkar biznes mükafatları ilə təmin ediləcək.
Layihə regionlar üzrə mərhələli şəkildə həyata keçiriləcək. 
Məşğulluqdan bəhs edərkən daha bir neçə faktı nəzərə çatdırmaq yerinə düşər. Belə ki, məşğulluq imkanlarının artırılmasına, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım davam edir.
Bu ilin 6 ayında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 1 faiz və ya 18,5 min müqavilə artaraq 1 milyon 765 minə çatıb. Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da artması ilə nəticələnib. 2023-ci ilin yanvar-iyun aylarında əməkhaqqı fondunda daha 10 faiz artım qeydə alınıb.
Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz,  əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!