01 Aprel 2022 00:54
908
CƏMİYYƏT
A- A+
Sosial şəbəkənin baltaçıları

Sosial şəbəkənin baltaçıları

 

İnsan övladı yaranandan oda və komaya ehtiyac duyub!

Vəhşi heyvanlardan və soyuqdan daldalanmaqdan ötrü mağaralara sığınıb, meşədən yığdığı quru ağac budaqları ilə od qalayıb, isinib, daha sonralar həmin odda özünə xörək də bişirib.

İnsanların sayı artdıqca təbii mağaralar azlıq edib, daha böyük tonqallar qalanmasına ehtiyac duyulub.

Baltanın kəşfi qədim insanların həyat təminatlarının yaxşılaşdırılmasında mühüm rol oynayıb.

Belə ki, əvvəlcə daş, daha sonra dəmir baltaların meydana gəlməsi insanların işini xeyli asanlaşdırmışdır.

Qəbilə halında ömür sürən insan dəstələri meşədən baltalarla ağac kəsir, özlərinə qazma şəklində və digər formada evlər tikir, istiliyə və oda ehtiyaclarını daha asanlıqla təmin edirdilər.

O zamandan balta insanların ən sevimli və etibarlı alətinə çevrilmişdir.

Bu gün də insanlar baltanı əldən yerə qoymayıblar!

***

Tarixin müəyyən dönəmində “baltaçılar dəstəsi” də meydana gəldi.

Həmin baltaçılar meşədən ağaclar kəsir, ondan kömür hazırlayaraq, yaxud oduncaq kimi sataraq özlərinə çörəkpulu qazanırdılar.

Təbii qazın məişətimizə möhkəm daxil olması, habelə ekologiyanın, meşələrin qorunmasına diqqətin artırılması “baltaçılar dəstəsi”ni tarixin arxivinə göndərmiş oldu.

Bu gün isə yeni “baltaçılar dəstəsi” peyda olub və çox fəal şəkildə “fəaliyyət” göstərir.

Əvvəlcə baltaçıların iş xüsusiyyətləri barədə bir vacib məqama diqqət çəkirik.

“Briqada” şəklində çalışan baltaçılar çox olsalar da, işləmə qaydaları eynidir.

Yəni nə qədər ki, ağac öz yerində dik dayanıb (ayaq üstə) onu yıxmaq üçün bir, uzaqbaşı iki nəfər balta vurur!

Çünki bir dəstə adamın bir ağacı baltalamağı praktik cəhətdən mümkün deyil!

Əks halda bir-birlərinə xətər yetirərlər!

Amma ağac kəsilib yerə yıxılan kimi cəmi baltaçılar cumur onun üstünə!

Ağac boyu düzülərək kimi qol-budağını kəsir, kimi də doğrayaraq hissələrə bölür!

Belə əlbir iş uğurlu və səmərəli alınır!

***

Atom, informasiya, texnologiya, internet əsrinin baltaçıları isə bambaşqadır!

Əslində onlar baltaçı üslubunda çalışan “yeni nəsil baltaçı”lardır!

Ən sevimli məşğuliyyətləri isə sosial şəbəkədə yetənə yetib, yetməyənə bir daş atmaq, kiminsə kiməsə iddiasına dəstək vermək, şərhlər formasında bilmədikləri məsələlər barədə “ekspertlik” etmək, adamlara şəbədələr qoşmaq, bu yolla özlərinin mövcudluqlarını gözə soxmaqdır!

Baltaçılar üçün fərqi yoxdur - yıxılan kimdir:

* ziyalıdır;

* alimdir:

* məmurdur:

* deputatdır:

* iş adamıdır:

* sənətkardır...

Təki tanınmış sima olsun!

Təki əlindən böyük və ya balaca bir xəta çıxmış olsun!

Təki ayağı büdrəyərək ələ fürsət versin!

Dərhal tökülüşürlər həmin yıxılmış “ağacın” üstünə:

Vur ki, vurasan!

Qır ki, qırasan!

Söy ki, söyəsən!

Döy ki, döyəsən!

Söz baltası iti də, küt də ola bilər!

Dəxli yoxdur, hamısı həvəslə döşəyəcək!

Axı ələ yeni fürsət düşüb!

Axı özünü göstərib sən də tanına, fərqlənə bilərsən!

Ən əsası, bu vəziyyətdən istifadə edərək yenidən gündəmə gələ bilərsən!

Vacib deyil ki, haqlı olasan!

Vacib deyil ki, düz danışasan!

Vacib deyil ki, ədalət sənin dediyindədir!

Vacib deyil ki, şər, böhtan atırsan!

Vacib deyil ki, sənin yerə yıxılmış, yaxud büdrəmiş adam barədə söz söyləməyə mənəvi haqqın belə çatmır!

Əsas odur ki, baltaçılar arasında sən də varsan!

Əsas odur ki, sənin də baltan işləyir!

Əsas odur ki, heç zaman açıq deməyə kişiliyin çatmadığı sözü indi xora qoşularaq söyləyə bilirsən!

Bu “baltaçıların” nəzərində bir nəfər də təmiz, düz-əməlli, əməlisaleh insan yoxdur!

* Əgər hədəf məmurdursa, deməli, rüşvətxor və korrupsionerdir!

* Əgər hədəf deputatdırsa, deməli, “saxta yolla seçilib” və mandatını geri qaytarmalıdır!

* Əgər hədəf həkimdirsə, deməli, xəstələrin cibinə girəndir!

* Əgər hədəf alimdirsə, deməli, yazdığı dissertasiyalar saxtadır, plagiatdır!

* Əgər hədəf vəzifəli şəxsdirsə, deməli, birmənalı şəkildə nifrətə layiqdir, çünki insanlara həmişə pislik edir!

Xülasə, bu baltaçıların nəzərində hamı yaramazdır, hamı cəzaya layiqdir və indi əməllərinin əvəzi verilməlidir!

***

Həyatda kimsə ya qəsdən, ya da təsadüfən cinayət törədə bilər...

Bir də görürsən ki, iyləyib-çiyləyib “tapırlar” ki, bu, filankəsin, məsələn, hansısa məmurun, deputatın, yaxud vəzifə sahibinin əmisinin xalası nəvəsidir və s. və i.a.

Cinayət törədən qalır bir yanda, tanınmış simanın adını belədən-belə hallandırırlar, belədən də belə!

Heç gör dəxli var!

Biz sovet quruluşunu həmişə ona görə qınamışıq ki, atanı “xalq düşməni” çıxaran kimi, onun arvadını, uşaqlarını da türməyə salır, ya da sürgünə göndərirdilər!

Sonra yeddi arxa dönənini çarmıxa çəkirdilər ki, sənin filankəsin, yaxud bəhmənkəsin xalq düşməni olub!

İndi bu sovet ənənəsini dirçəltməyin, “qırmızı terrorun” üsullarını yenidən tətbiq etməyin yeridirmi?!

Hərənin öz adı, öz əməli var!

Hər kəs də törətdiyi əməlinə görə cavab verməlidir!

Daha bu “yapışdırmağa”, cinayətə zorla “şərik” qoşmağa nə hacət?!

***

Sosial şəbəkə bir platformadır, bir söz meydanıdır!

Niyə bu məkanı qisas yerinə, “baltaçılar” məskəninə çevirməliyik!

Bir-birinə xoş söz söyləmək, ad və bayram günlərini təbrik etmək, uğurlardan xəbər tutub sevincini bölüşmək, çətinliklə qarşılaşana mənəvi dayaq durmaq daha məqbul və insani yanaşma deyilmi?

* Niyə söz azadlığını söz azğınlığına çevirib kiməsə söz yarası vurmaqdan zövq almalıyıq?!

* Niyə insanların yaxşı tərəflərini, gördükləri xeyirxah işləri unudaraq ancaq “pisliklərini” yadda saxlamalı və çətin günlərdə onlara qarşı “baltaya” çevirməliyik?!

* Niyə yıxılanlara balta çalmaqdan bu qədər ləzzət alaraq, bir dəfə də olsun özümüzü ədalətsizcəsinə hədəfə çevrilənlərin yerinə qoymuruq?!

* Niyə hamıda və hər kəsdə pislik tapmağa və kiməsə mənəvi zərbə vurmağa bu qədər hərisik?!

Axı nə vaxtsa özümüz də yalan ya gerçəkdən həmin “baltaçalanların” əlinə düşə bilərik!

Bəlkə ədalətsiz hücumların naqisliyini özümüz hədəfə çevrilməmiş dərk edək?

Bəlkə azad sözdən xoş niyyətlə, qərəzsiz istifadəyə üstünlük verək?!

Onsuz da baltalamağa həmişə vaxt və imkan var!

Onsuz da kifayət qədər baltaçılar var!

Bəlkə ədalətlilərin, xeyirxahların sırasına qoşularaq belələrinin sayını artıraq?!

Axı söz yarası çətin sağalan yaralardandır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!