27 Fevral 2024 17:28
311
İQTİSADİYYAT
A- A+

SOCAR və BP rəhbərliyi enerji keçidini müzakirə ediblər

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf BP-nin strategiya və davamlılıq üzrə icraçı vitse-prezidenti Ciulia Çierçia ilə görüşüb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, görüşdə cari il COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadının göstəricisi olduğu vurğulanıb.

Ötən ilin dekabrında SOCAR və BP şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti qeyd olunaraq bu istiqamətdə görülən işlər nəzərdən keçirilib.

SOCAR-ın ekoloji sahədə fəaliyyəti, orta və uzunmüddətli perspektivdə emissiyaların azaldılması ilə bağlı müəyyənləşdirilən hədəfləri barədə məlumat verilib, hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, “Sıfır metan”, 2050-ci ilə qədər “Xalis sıfır” (Net Zero) hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğu bildirilib.

Tərəflər, həmçinin enerji keçidi və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video