02 Aprel 2026 12:34
115
SİYASƏT
A- A+
Şimali Kiprin Baş naziri: Türk dövlətlərinin strateji həmrəyliyi tarixi zərurətdir

Şimali Kiprin Baş naziri: Türk dövlətlərinin strateji həmrəyliyi tarixi zərurətdir


Bu gün dünya siyasi və iqtisadi baxımdan çoxqatlı böhranların caynağındadır. Müharibələr, iqtisadi böhranlar, qlobal iqlim dəyişikliyinin yaratdığı təsirlər, nizamsız miqrasiya və bir çox digər çətinliklər dünyanı son dərəcə riskli hala gətirib. Bu səbəbdən türk dövlətlərinin strateji həmrəyliyi, Türk dünyası və millətimiz adına tarixi zərurətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel deyib.

O qeyd edib ki, xüsusilə Yaxın Şərqdə və dünyanın bir çox bölgəsində davam edən münaqişələr, regional gərginliklər və humanitar faciələr qlobal vicdanı dərindən yaralayır.

“Biz hesab edirik ki, müharibə və gözyaşının kölgəsində qalan bu coğrafiyalarda Türk dünyasının nümayiş etdirəcəyi qətiyyətli və prinsipial mövqe sülhün yeganə təminatıdır. Bölgəmizdəki bu münaqişə mühitinin sona çatması üçün Türk birliyinin yaradacağı güvən və sabitliyə hər zamankından daha çox ehtiyac var”, - deyə Baş nazir vurğulayıb.

Ünal Üstel Türk Dövlətləri Təşkilatının enerji, texnologiya, turizm və təhsil sahələrində birgə hərəkət etmək qabiliyyətini gücləndirdikcə, qlobal siyasətdə və iqtisadiyyatda daha çox söz sahibi olacağına diqqət çəkib: “Biz ortaq gələcəyimizi qurarkən, təhsili, turizmi və mədəni qarşılıqlı əlaqəni qardaş xalqlarımızı bir-birinə bağlayan ən strateji körpülər kimi görürük. Şimali Kipr Türk Cümhuriyyəti olaraq, Müasir İpək Yolunun dənizlərdəki dayanacağı kimi, türk dövlətlərindən gələn qardaşlarımıza qapılarımızı sonuna qədər açırıq. Türk dünyası üzrə yaradılacaq “Ortaq turizm marşrutları” layihəsinə Şimali Kiprin də daxil edilməsi, birliyimizin iqtisadi gücünü Aralıq dənizinə də daşıyacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cənubi Koreya enerji böhranına qarşı 17,3 milyard dollar ayırır

15:53
02 Aprel

Bu kiçik şəhər dünyanın ən pis havasına malikdir

15:41
02 Aprel

Hacıqabul Sənaye Parkında yeni investisiya layihəsi: 50 iş yeri yaradılacaq   

15:36
02 Aprel

Türkiyə 224 kilometrlik yolun təmirinə başlayıb 

15:31
02 Aprel

Ay ətrafında səyahətə start verilib  

15:30
02 Aprel

Bakı-Supsa neft kəməri: xərclər və müqavilə şərtləri təsdiqləndi 

15:21
02 Aprel

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

“Aprelin 2-sini artıq işğal deyil, qürurlu qayıdış günü kimi qeyd edirik” - Kəlbəcər sakini  

14:39
02 Aprel

Dünya bazarında qızıl 181 dollar ucuzlaşıb

14:21
02 Aprel

TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşüb YENİLƏNİB  

14:16
02 Aprel

Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir  

14:07
02 Aprel

Prezident: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir  

14:05
02 Aprel

Prezident: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

14:05
02 Aprel

Azərbaycan Prezidenti: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir

13:56
02 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək  

13:53
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!